24-09-2024, 15:33 Oxunub: 262

ELXAS COMƏRDOV - PREZİDENTƏ VƏ MEHRİBAN XANIM ƏLİYEVAYA AÇIQ MƏKTUB ÜNVANLADI


























"Qanunvekriminal.az" redaksiyasına məktub daxil olub. Məktubu olduğu kimi təqdim edirik.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya.

Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, COP 29-un Təşkilat  Komitəsinin sədri  Samir Nuriyev cənabına.

Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının Hüquq və Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənabına.

Surəti : Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri  Fərhad  Abdullayev cənabına.

Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə - Hüquq Şurasının sədri İnam Kərimov cənabına. 

Surəti : Azərbaycan Respublikasının Xarici  İşlər naziri Ceyhun Bayramov  Cənabına. 

Surəti : Azərbaycan Respublikasının Milli  Məclisin sədri Sahibə Xanım Qafarovaya.

Surəti : Milli  Məclisin  Hüquq  siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli  Hüseynli  cənabına.

Surəti : Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid  Oruc  cənabına. 

Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.

 

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 3-cü Mədən ərazisi, fərdi evdə yaşayan,

 

230040771 nömrəli cinayət iş üzrə zərərçəkmiş Elcan Elgün oğlu Beybudovun qanuni nümayəndəsi babası  Elxas Səfi oğlu Comərdov tərəfindən

 

                           ŞİKAYƏT   ƏRİZƏSİ.

 

Hörmətli  Prezident Cənabları!

Çox hörmətli Mehriban Xanım!

Hörmətli  Cənablar! 

Yəqin ki,  bu  müraciətim, şikayət  ərizəm, SİZİN  və yuxarıda  adların  çəkdiyim  dövlət  məmurlarının,  Vətəndaş  məktublarına  cavabdeh  şöbə  müdürlərinin, Vətənini, dövlətini  düşünən, VİCDANLI, təyinat aldığı  vəzifəyə, həmin  vəzifənin  onlara verdiyi  səlahiyyətə  nifrətlə, başdansovdu yanaşmaz,  bu məktubumu da, digər  məktublarım   kimi  kənara  atılmasına  yox, bu dəfə, bu  şikayət  məktubumu  ciddi  nəzarətə  götürüb,  tədbir  görülməsinə  məsul  edər.

Çünki, məhz  onların  səyi  nəticəsində  səsimin  SİZLƏRƏ  çatdırılmadığından, məcburam ki, SİZLƏRƏ səsimi, respublikamızda  fəaliyyət  göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq  tədbir iştirakçılarının  vasitəsi ilə çatdırım. Buna, məhz  onlar  tərəfindən  məcbur  qoyulduğumdan, bundan  sonra yarana  biləcək hər hansı bir  ictimai  qınaq  və məsuliyyət  məhz  onların  üzərinə  düşəcək.

Dünyanın  belə bir  vaxtında, böyük  əksəriyyət  dövlətlərin  bizə qarşı  qərəzli  mövqe  sərgilədiyi  zamanda, Azərbaycan Respublika  Konstitusiyasının  mənə  verdiyi  27 və 31 maddə  göstərilən   hüquqlarımın  pozulduğunu  yazıb  onlardan  SİZƏ  çatdırılmasını  istəməyim, yəqin ki, onların  əlinə  indi və gələcəkdə sui-istifadə   edə biləcəyinə  ehtiyatlansamda, bunu  etməyə  məcburam.

Mən, qeyri - qanuni  heç nə istəmirəm. Qanunların  mənə  tanıtdığı  hüquqlarımın  bərpasın  tələb  edirəm. Bu tələbdə də israrlıyam  və  nə olmasından  aslı olmayaraq  sona qədər gedəcəm.

Hörmətli Fuad müəllim ! 

Cənab  Baş Prokuror !

Bu, mənim  yazacaqlarım,  ölkə  hüququnun  hansı  vəziyyətdə olduğunun  faktlarla  ifşasıdır.

Bunun, mütəmadi yazılması, ictimailəşdirilməsi, bir  ümumi  mənzərə yox, faktlarla  biabırçılığın  ortaya  çıxarılmasıdır.

Hörmətli  Cənablar !

Hər  hansı, baş  vermiş  cinayət  mövcüd  maddi  sübutların (kamera  görüntülərinin çıxarılması, tərəflərin hadisə zamanı əynindəki qanlı  paltarlar, daha ...,  hadisədə istifadə olunan kəsici-deşici alət, bıçaq) götürülməsi, təqsirləndirilən və zərərçəkən tərəfin izahatları, hadisəyə  şahid  olan şəxslərin  ifadələrinin  alınması təksibedilməz  sübutlarla  cinayətin  bütün  mahiyyətini  ortaya  qoyur.

Yuxarıda qeyd etdiyim cinayət işində  bu halların  bir çoxu  bilərəkdən  gizlədilsədə və  yox  edilsədə, "cinayət işinin istintaqın  aparmış  müstəntiqlərin  ortaya  çıxardığı  nəticə  ilə işin içində  olan, amma nəzərə alınmayan  hallar, birbaşa  Azərbaycan Respublikasının CPM - nin 303.3.6-ci maddəsində  istinad  olunan 298.2 - ci və 290.3.2-ci maddəsinin  tələblərinin pozulması deməkdir.

Çünki, CPM-nin 303. 3.6 - maddəsində deyilir ki,

- Cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması;

işə xitam verilib və onun prokurora qaytarılması təmin olunmalıdır.

Bu cinayət işinin içində  müstəntiqlərin  yox etdiyi  bütün  maddi sübutlardan savayı,  özlərinin  savadlarına uyğun topladığı  dəlillər, birbaşa  onların ifşası, göstərilən  maddələrin  tələblərinin  pozulması deməkdir.

BELƏ Kİ, İSTİNAD  OLUNAN  MADDƏNİN TƏLƏBİ ; - 

Maddə 289. 3.1. Cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ;

MADDƏNİN  TƏLƏBİNƏ   UYĞUN  SÜBUTLAR:

1 - Cİ  SÜBUT : (cinayətin törədilmə yeri) 

Cinayət işinin içində, təqsirləndirilən şəxsin  ifadəsinin  hadisə  yerində  yoxlanılması  zamanı,  onun  əli ilə işarə edərək   hadisə yeri kimi  göstərdiyi zaman çəkilən şəkildəki  yer  ilə, müstəntiqlərin hadisə kimi  təsvir  etdiyi  yer  arasında  1 (bir) kilometrdən  çox  məsafə  olduğundan ;

Bu, təqsirləndirilən şəxsin bu cinayəti əvvəlcədən planlaşdırdığını, məqsədli şəkildə  icra etdiyini, hətda hadisə üçün əvvəlcədən yer  seçdiyini  və gəlib  zərəçəkəni  həmin  yerə getməyə məcbur qoyulmasını  gizlətmək, əməli yüngül maddəyə tövsif etmək  üçün edilməsi  deməkdir. 

Burada bir  nüansı da vurğulayım. Düzdü, bizim bu tələbdən sonra, müstəntiqlərin  təsvir etdiyi, təqsirləndirilən şəxsin işlədiyi "Onur" (balaca  "Onur" kimi  tanınan) marketin  icarəsinə dayandırıb, oranı yer sahibinə təhvil verməsi, güman edirəm ki, bu məsələni  sonradan düz-qoş sübutu kimi istifadə  edilməz. Əgər edilsə, bu bunların həqiqətən zəifliyinin  sübutudur.

2-SÜBUT : ( vaxtı, o qədər əhəmiyyət kəsb etməsədə yazacam)

Təqsirləndirilən şəxsin  özünün  ifadələrində, "... işdən  22 : 05-də çıxıb", şahidlərin  22 : 30 qeyd etmələri,  amma bunu müstəntiqlərin  yekun ittiham aktında  "saat  22  iradələri" yazması CPM-nin 7.0.35 maddəsinin  pozulması, nəticəni yüngülləşdirmək üçün edildiyi;

3 - SÜBUT :(üsulu, motivləri, nəticələri və digər mühüm hallar) 

a) Birbaşa  ürək  nahiyyəsi tərəfdən  arda-arda,  daxilə nüfuz etmiş  2 bıçaq  zərbəsi  sol qolunun altından, ürək nahiyyəsi tərəfdən 8 - 9 - cu qabırğalararasından, ümumilikdə 4 bıçaq, bir bıçaq  5 - 6 - cı qabırğalarası, yəqin ki, zərərçəkənin özünü müdafiəsi, müqaviməti  nəticəsində 1 bıçaqıda  qoluna  daxilə nüfuz edən xəsarət  yetirilməsi ;

Yəqin ki, zərərçəkənin xəstəxanada əynindən çıxarılan paltarın yox edilməsi, itirilməsi, bıçaqın haradan dəyməsinin  ekspert  rəyinin  alınmaması  üçün edilib ;

 Zərərçəkənin xəstəxanadan  verilən  xəstəlik  tarixçəsində  sol qolu  tərəfdən, 8 - 9-cu  qabırğalarası sahədən  daxilə nüfuz etmiş bıçaqın sayı  2 (iki) göstərilir.

Amma, ekspertiza rəyiində  1 (bir) yaz(dir)ırlar, özüdə, utanmadan, 8 - 9-cu qabırğasından  daxilə nüfuz edən yox, qarına  nüfuz edən  yaz(dir)ırlar.

Qarına nüfuz edən bıçaqın, işin içindən çıxarılıb, 6 ay bizə göstərilməyən, tanınmaya  hər iki tərəfi ağ varaqla  örtülən şəkillə  aparılması, düşünmədən  gizləmək istədikləri,  NK-nin "Soyuq silah" kriteriyalarına yəqin ki, ekspert rəyində göstərilən  bıçaqın  uzunluğu  uyğun  gələr.

b) İnsan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələməsi, ağır cərrahiyyə əməliyyatına məruz qoyulması ;

İndi isə, CPM-nin 303.3.6-ci maddəsinin  istinad olunan, həmin məcəllənin 290.3.2-ci maddəsinin  tələbinə  dair ;

Maddə  290.3.2.

Öz  qərarı  ilə ittiham aktının  məzmunundan  ayrı-ayrı bəndləri  xaric  etmək, ittiham  aktındakı  tövsiflə  müqayisədə əməli  cinayət qanununa  uyğun  olaraq  daha yüngül  məsuliyyət  nəzərdə tutan cinayətə  tövsif etmək və bu  dəyişikliklərlə  ittiham  aktı  təsdiq etmək ;

Bütün  bunlar, yəni  CPM-nin məcəllənin 290.3.2-ci  maddəsinin  təsdiqini  cinayət  işinin içindəki  ifadələrlə  öz təsdiqini  tapır, sübuta  ehtiyac  yeri  qoymur.

Təqsirləndirilən şəxsin  özü, müxtəlif  vaxtlarda ibtidai  istintaq  zamanı verdiyi  ifadələrində  bunları  təsdiq  edir.

Məsələn ; -  Təqsirləndirilən şəxs  06.08.2023 - ci il  saat 11-05-də başlayıb, 12-10-da  tamamladığı  və  4 ay sonra, 29.11.2023 - cü il 11-35-də başlayıb, 12-05-də qurtaran,  eynən  təkrarladığı  ifadəsində  yazır ki, - "tanışlarla demişdim ki, - "zərərçəkəni (yəni - oğlumu) harada  görsəniz  mənə bildirin".

Bunu, hadisədə adı  şahid kimi  keçən şəxs də öz səs yazısında  və sonra  verdiyi  ifadəsində  olduğu kimi, eynən  təsdiq edir.

Məsələn  ; - şahid  səs yazısında və ifadəsində deyir  - "təqsirləndirilən şəxs,- " iki barmağın bıçaqın ağzına sürtərək, Elcanı  gözləyir,  Elcan üçün  itləmişəm" - səs yazısı  və  eləcə, 30. 09. 2023-cü ildə saat 17-40 - da  başlayıb, 18 - 25 - tamamladığı  ifadəsi...

Bütün bunlar  Azərbaycan Respublikasının CM-nin 28.1-ci maddəsinin tərkibini yaradır.

Çünki, həmin  maddənin tələbində  deyilir ki, 

AR  CM-i, Maddə  28.1 ;

- Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur ;

Buda  həmin məcəllənin  tələbini  yaradırki, orada yazılır  ;

Azərbaycan Respublikasının CM-nin 27.3 - cü maddəsində  açıq aydın  yazırılır ; 

- Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti  bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa  çatmış  cinayətlərə  görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə  uyğun olaraq müəyyən  edilir.

AR-nin CM - nin  27.3 maddəsinin  istinad  etdiyi 28 - ci maddə ilə  yuxarıda  tanış  oldunuz.

Bəs, CM-nin 27.3 - cü maddəsinin  istinad olunan  həmin məcəllənin 29-cu maddəsi  nə deyir...?

AR-nin  CM - Maddə  29 ;

- Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

Deməli, bütün bunlarla  MÜSTƏNTİQLƏR  və eləcədə prosessual rəhbərliyi  həyata keçirən  prokurorları( Binəqədi Rayon Prokurorluğu və Bakı şəhər Prokurorluğu) CPM-nin bu maddələrə əməl etməməklə, CPM-nin 289.3.1 - cu  maddəsinin tələblərin pozaraq, savadlarına şübhə etmədiyindən, deyə bilərəm ki, birbaşa  cinayət  etmişlər.

Hörmətli  Cənablar !

İndi siz  deyin, bütün bu biyabırçılıqlar, təqsirləndirilən şəxsin vəkilinin bizim adımızdan  Binəqədi Rayon Məhkəməsinin iclasında deyib, məhkəmə qərarında  qeyd edilən, - "80000(səksən min) manat  bu iş üçün xərçləri  çıxıb"- deyiminin  doğruluğuna  şübhə yeri  qoyur...????!!!!

Hələ bura  bu cür ağır cinayət törətmiş şəxsin, bu cinayət işin sifariş etməsi güman olunan şəxsin, - "onu qoymayacam tutulmağa, tutulsa da, 3 il  təqsirləndirilən şəxs iş alacaq, bir ildə zərərçəkən" - deyiminin doğruluğuna, onun, bu  günə qədər  tutulması deyilənləri heç  təsdiq  etmir...?

İndi  isə  ona  aydınlıq  gətirək.

Təqsirləndirilən şəxsin  əvvəl  Azərbaycan Respublikasının CM-nin 126.1 - maddəsi ilə ittiham elan olunub, məhkəmə qarşısına çıxarılan vaxt, Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırov Möhtərəmin, ölkə başçısının 10.02  2017-ci il tarixli, cəzanın  hümanisləşdirilməsinə  dair   imzaladığı  Sərəncama istinad  etməsi. Hansı ki, həmin  Sərəncamda, giriş hissəsində  deyilir ki, - "az ağır, xüsusilə İqtisadi fəaliyyət sahəsində cinayətlər".

 Axı, bu  cinayət əməli, lap elə, müstəntiqlərin  tövsif etdiyi, mövcud CM-n 126.1 - ci maddəsi,  lap elə müstəntiqlərin, bizi aldadaraq, guya  maddəni ağırlaşdırıblar  görüntüsü yaratmaq üçün,  yenidən tövsif etdikləri həmin məcəllənin 126.2.4 və 221.3 maddələri  bu sərəncamın  təsiri altına düşmür. Elə buna istinad özü, bu cinayəti  sifariş etməsi güman olunanın  dediyinin təsdiqi, vəkilin bizim adımızdan dediyinin  sübutu  deyilmi...?

İndi mən bu boyda cinayətə, qanunsuzluğa, mənim mənim  nəvəmin  qanı üzərində   nəsə qazanmaya  göz  yumummu...?

Bu mümkün deyil, sizlər tərəfindən  öldürülərəmsə  gözüm  yumulacaq...

Ən böyük biyabırçılıqları odur ki, bu yuxarıda istinad etdiyim  qanun pozuntuları ilə  və göstərdiyimiz  şahidlərin dindirilməməsi, aparılan  üzləşmələrin  yarımçıq aparılması və digər prosessual pozuntularla aparılıb, alayarımçıq  cinayət işinə  dair  ittiham aktı hazırlayıb, Bakı  Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi və məhkəmə elə ilk hazırlıq  iclasında bu işə xitam verilib, Prokurorluğa  qaytarılmalı  idi. Amma hakim, təqsirləndirilən şəxs  üçün,  cinayəti  sifariş  etməsi güman olunan şəxsin  harın istəyinə uyğun tələsik məhkəmə iclası keçirib, yekunlaşdırmaq istəyi də bu deyilənlərə xidmətdir.

İndi məsləhət sizindir. Mənim səfirliklərə, COP  təşkilat komitəsinə, orada iştirak edəcək xarici  ölkə  jurnalistlərinə  edəcəyim  müraciətlərimin yaradacağı  məqamları  Sizlərin  düşünməsi  gərəkdir.

Bu işin ölkə başçısından, digər, bu müraciətdə adın çəkdiyim  rəhbər vəzifəli şəxslərdən  gizlədilməsi, mənim, dəfələrlə  müraciətlərimə  baxmayaraq  Baş Prokuror Kamran Əliyevin qəbuluna yazıla bilməməm, hər cəhdlə  qəbul edilməməyim (nə divident gətirəcək  cümlədi...???) üçün  maneçilik  törədilməsi yuxarıda  deyilənlərin  bir növ  təsdiqi, sübutudur.

Əlaqə telefonum (055) 288-05-19, (051) 904-28-73.

 

İmza:  Comərdov. E. S.

PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib Gündəm / Sosial Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Gündəm İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət