27-07-2022, 16:44 Oxunub: 2391

Bakıda sahibkara qarşı analoqu olmayan “barbarlıq” baş verib- - VİDEO/ FAKTLAR

Son 10-15 il ərzində bəzi vəzifə sahibi olan şəxslər nəinki daşıdıqları vəzifələrindən “ikiəlli yapışırlar”, hətta  minbir hoqqalara qol qoyub “əndazəni də aşırlar”. Belə bir səbəblər üzündəndir ki, yerlərdə əmələ gələn narazılıqlar həm “pik nöqtə”yə çatır, eyni zamanda sosial problemlər tüğyan etməkdə davam edir. Bütün bunların kökündə əksər vəzifə sahibi olan şəxslərin qanunlara əməl etməmələri, üzərinə düşən vəzifələrini yerinə yetirməyi bacarmamalarıdır. Bu kimi halların varlığı ilk növbədə vətəndaşların dövlət qurumlarına olan inamsızlıqlarını artıran səbəblər olur.
    Qeyd edək ki, bir neçə gün bundan öncə Qanun və Kriminal.aztv xəbər portalının redaksiyasına sahibkarlıq fəaliyyəti ilə məşğul olan İldırım Əsgərov adlı şəxs tərəfindən video-müraciət daxil olub. Bu şəxs video-müraciətində qeyd edir ki, “Mənim 68 yaşım var və 1988-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Əvvəllər bir neçə kooperativə sahib olsam da, daha sonra fermer təsərrüfatı yaratmaq qərarına gəldim. 2000-ci ildə RF-nin paytaxtı Moskva şəhərinə gedib pul qazandım və 2005-ci ildə Azərbaycana qayıtdım. 2005-ci ildən başlayaraq Bakı şəhəri, Xətai rayonunun Babək prospektində müəyyən fəaliyyət növü ilə məşğul olarkən iki nəfər şəxs mənə yaxınlaşdı. Onlardan biri Zaqatala rayonundan olan Rasim Yüzbaşov adlı şəxs, digəri isə Gəncə şəhərindən olan Rövşən Rüstəmov idi. Həmin vaxt hər iki şəxs mənə “Bir maşın təşkil et, biz marojna satışı ilə məşğul oluruq. Üç aydan sonra sənin pulunu özünə qaytaracağıq” dedilər. Düzdür, həmin vaxt mən onların belə bir təklifini qəbul etdim və hər iki şəxsə lazım olan köməkliyimi də göstərdim. Təqribən üç gündən sonra hər iki şəxs mənə zəng edib bildirdilər ki, oturub çörək yeyək. Nəysə, kafedə oturub yemək yeyərkən Rasim Yüzbaşov və Rövşən Rüstəmov mənə sual etdilər ki, sənin nə qədər pulun var?. Cavab verdim ki, əvvəllər bizneslə məşğul olmuşam, daha sonra Moskvada çalışmışam. Bu şəhərdən oğlumla qayıdarkən təqribən 4 milyon dollara yaxın pul gətirdik. O halda onlar onu da bildirdilər ki, bizim tikinti işimiz var, əgər pul qoyarsansa o halda bir il, yaxud da ilyarım müddət ərzində yaxşı pul qazana bilərik. Sual etdim ki, dediyiniz iş nə işdir? Cavab verdilər ki, mənzil tikintisi ilə bağlı işlərdir. Bir qədər götür-qoy etsəm də, sonda razılığa gəldim. Həmin vaxt biz Səbail rayonunun Badamdar qəsəbəsinə getdik və onlar mənə bu qəsəbədə yerləşən “Qartal” firmasını göstərib dedilər. “Saleh Mahmudov və Rasim Yüzbaşov bu firmanın gəlirinin  50% şərikik, səni isə 25%-nə şərik edəcəyik”. Daha sonra Rövşən Rüstəmovla birlikdə Yasamala getdik və o, Su Polisinə məxsus inzibati binanın yaxınlığında mənə bir yer göstərdi və “Mən bu yeri dayımdan müqavilə əsasında götürmüşəm. Amma, tikinti işini aparmağa pulumuz yoxdur” dedi. Daha sonra onunla birlikdə Nərimanova getdik və orada Şakir adlı bir nəfər şəxslə görüşdük. Ümumi söz-söhbətdən sonra 2005-ci ildə Rövşən Rüstəmovla müqavilə bağladım və onun Şakir adlı şəxsdən götürdüyü binanı tikmək yöndə razılığa gəldik. Bu məqsədlə mən özümə aid lazımi əmlaklarımı satdım, hətta yaxınlarımdan borca pul götürüb əlavə 1 milyon 200 min pul da düzəltdim ki, həmin binanın tikintisini başa çatdıra bilək.  Mənim Rövşən Rüstəmovla əldə etdiyim razılaşmaya əsasən həmin binadan ümumi sahəsi 1758 kvm  olan, hansı ki, ayrı-ayrı mərtəbələrdən 20 ədəd mənzil verilməli idi. Verdiyim əlavə pula görə də 400 kvm qeyri-yaşayış sahəsi verilməsi razılığı da əldə etmişdik. Bütün bunlara görə ödənişləri tam şəkildə ödədim və bununla bağlı məndə lazımi sənədlər də var. 2006-cı ilin əvvəlində Rövşən Rüstəmov mənə zəng etdi və Nərimanova gəlməyimi bildirdi. Həmin vaxt gördüm ki, Şakir Hüseynov onunla mübahisə edir. O halda onu öyrəndim ki, Rövşən Rüstəmov verdiyim pullarla bu tikintidə deyil, Xətai rayonu ərazisində iş görür. Yəni, bunu Şakir Hüseynov mənə dedi. Hətta, Şakir Hüseynovun ona “Sən bir daha burada olmayacaqsan” deməsinin də şahidi oldum.. Həqiqətdən də gedib gördüm ki, Rövşən Rüstəmov Xətaidə əlavə ev tikintisi işi ilə məşğul olur.
     2007-ci ildə Rövşən Rüstəmov başından xərçəng olub rəhmətə getdi. Bu şəxs dünyasını dəyişməzdən öncə həyat yoldaşına və oğlu Turala dedi ki, mən bu şəxslə 25%-ə şərik olması ilə bağlı müqavilə sənədi bağlamışam. Birlikdə gedin, notariat kontorunda bu şəxsin payını təsdiq etdirib verin. Nəysə, biz birlikdə notariusa getdik və məsələni yoluna qoyduq. Daha sonra Saleh Mahmudova zəng etsəm də, onu tapmaq müşkül məsələyə çevrildi. Belə olan halda Mehriban xanımın ünvanına teleqramma göndərdim. Çox keçmədi ki, biz qəbul etdilər. Həmin vaxt problemlərin mahiyyətini bizi qəbul edən şəxslərə danışdım. Bu işlə bağlı toplanmış iş materialları Səbail RPİ-nə göndərildi. İstintaqın aparıldığı vaxtlarda bizi ora çağırdılar. Çox keçmədi ki, ortaya bina tikintisi ilə məşğul olan Qoşun Rəhimov adlı bir şəxs çıxdı və o, mənə dedi ki, “Gəl razılaşaq, sən 4000 kvm mənzili və 165 kvm-lik qeyri-yaşayış sahəsini mənə ver” . Nəysə, bunu 4,5 milyon dollara razılaşdıq. Çünki, həmin vaxtlarda borcumu çox idi. Qoşun Rəhimov  mənə dedi ki, “sən onları mənə ver, mən bunların əvəzində əlavə mənzillər verərəm”. Bununla bağlı aramızda müqavilə sənədidə imzaladıq. Qeyd edim ki, həmin vaxtlarda borclu olduğum adamlara Qoşun Rəhimov mənzil verəcəyi öhdəliyini üzərinə götürsə də, bu gün də o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Yalnız bir nəfər şəxs beş illik uzun-uzadı mübarizədən sonra mənzil əldə edə bilib. Artıq belə bir qərara gəlmişəm ki, mən Qoşun Rəhimovla da bağlı hüquq-mühafizə orqanlarına şikayətimi göndərim. Mən belə bir olaylardan sonra Şakir Hüseynovun yanına gedib problemlərin qaydaya salınmasını dedikdə, bu şəxs mənə “heç də narahat olma, hər iş qaydaya salınacaq” dedi. Çox keçmədi ki, Rövşən Rüstəmovla Şakir Hüseynov işi elə düzüb qoşdular ki, mənim borclu olduğum adamlar məndən şikayət etdilər və məhkəmə də məni həbs etdilər. Belə olan halda ölkə rəhbərinə teleqramma vurdum və bundan sonra hakim barəmdə ədalətli qərar qəbul etdi. Həmin vaxtlarda Qoşun Rəhimov problemləri qaydaya saldı. Müəyyən vaxtdan sonra Şakir Hüseynovu həbs etdilər. Düzdür, o, həbs olunsa da çox keçmədi ki, azadlığa çıxdı, amma bir aydan sonra onu yenidən həbs etdilər. Üz-üzə qaldığım çoxsaylı problemlərdən sonra Azərbaycanı tərk etməli oldum. 2010-cu ildə RF-sı ərazisindən Rövşənə zəng etdim, o halda o, cavabında “2011-ci ilin 1-ci kvartalında səninlə haqq-hesablaşıb qurtaracağam” dedi. 2011-ci ildə oğlum mənə zəng edib bildirdi ki, “Rövşən Rüstəmov bizi kimi digər şəxsi də aldatdığından, onu güllələyib öldürdülər”. Rövşən öldürüldükdən sonra Venera Rüstəmova onun varis olaraq, bu şəxsin Yasamalda, Xətaidə, 9-cu mkr-da tikdirdiyi evlərlə bağlı işləri ələ keçirir. 2013-cü ilin martında Bakıya gəldim, o halda  gördüm ki, mənə çatası bütün mənzillər satılıb. Mən Rüstəmova Venera Əhəd qızına zəng edib məsələlərə aydınlıq gətirməsini istədikdə o, məni nalayiq sözlərlə təhqir etdi. Onu da dəqiqləşdirə bildim ki, Venera Rüstəmova mənə çatmalı olan mənzillərə aid sənədləri mərhum həyat yoldaşının möhürü ilə təsdiq edib ki, guya mənzillər əvvəldən satılıb. Hansı ki, 2005-ci ildə Venera Rüstəmovanın həyat yoldaşı mərhum Rövşən Rüstəmov, həmin mənzilləri 2 milyon 540 min manata mənə satmışdı. O halda sual oluna bilər ki, görəsən 2016-cı ildə Venera həmin mənzilləri hansı əsasla satır?  Əslində  Venera Rüstəmovanın atdığı addımlar dələduzluq əməli deyil, cinayət halları yaradan əməldir. Elə ki, Rövşənin oğlu Turalın yanına getdim, o da mənə cavab verib “get Veneradan haqqını al” dedi. Mən bu barədə aidiyyatı orqanlara şikayət ərizələri göndərmişəm və iş materialları Yasamal RPİ-də olsa da, bu idarədə mənə  bildirdilər ki, “biz Rövşən dünyasını dəyişdiyindən, onunla bağlı cinayət  işi aça bilmərik”. Belə bir cavabdan sonra vəkilim “Biz əmlak paylarını onun varisi Venera Rüstəmovdan tələb edirik” dedi. Yasamal RPİ-nin müstəntiqi Cavid müəllim cinayət işinin başlanmasının rədd olunması haqda qərar qəbul etsə də, vəkilim onun çıxarmış olduğu qərarından möhtərəm Prezidentə, hörmətli Mehriban xanıma və Baş Prokurorluğa müraciət edib. Bundan sonra Turaldan, yəni bu şəxs “Şakir MTK”—dan mənim faizimi verməlidir və Qoşun Rəhimovdan şikayətimi edəcəyəm.
      Əlavə olaraq onu da qeyd edim ki, 2017-ci ilin may ayında iş qurub fəaliyyət göstərmək məqsədilə Fikrət İbrahimov, müşfiq və fariz qardaşları və bu şəxslərə yaxın olan Səmədov İftixar Məcid oğlu ilə əlbir olaraq, Bakı şəhəri, Yasamal rayonu ərazisində 540 min ABŞ dolları məbləğində pulumu ələ keçirdilər. Bu şəxslər məndən aldıqları pulu qaytarmamaq üçün məni öldürmək qərarına gəlirlər. Yəni, Fariz İbrahimov üzərində gəzdirdiyi puçaqla məni puçaqlayıb mənə ağır bədən xəsarətləri yetirdi. Onlar məni belə vəziyyətdə qarajların arasına atıb qaçırlar və elə düşünürlər ki, mən həyatdan köçmüşəm. Təsadüfən yoldan keçən tanımadığım bir nəfər şəxs məni görür və təcili xəstəxanaya çatdırır. Baş verən belə bir hadisədən sonra, Yasamal RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Abdulla Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.7 maddəsi ilə cinayət işi açır. Başlanmış cinayət işi ilə əlaqədar aparılan araşdırmalar zamanı müstəntiq mənə qarşı qərəzli mövqedə dayandı və verdiyim ifadələrin heç birini nəzərə almadı. Sonda da cinayət işinin rədd olunması haqda xitam qərarı verdi.
      15 fevral 2018-ci il tarixdə özünün vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirən Tağıyev Zaur Arif oğlu, bu şəxsin həyat yoldaşı Ağayeva Sahibə Əlibala qızı və onların övladları Kənan Tağıyev və  Emin  əlbir olaraq, mənə aid işləri düzəltmək adı altında 66 min manat pulumu ələ keçirdilər. Yəni, bu şəxslər əlbir olub mənə qarşı cinayət hadisəsi törədiblər.
    02 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən İstintaq idarəsində mənə qarşı baş verən xoşagəlməz halların aradan qaldırılması məqsədilə rus pulu adı altında 10 min dəyəri olan avtomobilimdən 3 min manat pulumu ələ keçirib, mənə qarşı cinayət hadisəsi törədiblər.
   2022-ci ilin aprel ayının əvvəllərində Əlillərin Bərpa Mərkəzində işləməsi barədə mənə məlumat verərək, sənədləşmələr üçün rüsum ödəmək adı altında mənim 12 min 500 manat pulumu ələ keçirərək mənə qarşı cinayət törətmişlər. Vüsal İmanverdiyev barəsində qanuni tədbir görülməsi üçün, mənə köməkdarlıq göstərməyinizi xahiş edirəm.
Qarşı tərəfin  mövqeyini  dinləməyə  hazırıq.


Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva Gündəm / Mədəniyyət