21-06-2023, 12:05 Oxunub: 2776

Konfrans Liqası: “Neftçi”, “Qəbələ” və “Sabah”ın rəqibləri məlum olur - YENİLƏNİR
















UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması öncəsi klubları qruplara bölüb.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçilərinin də mümkün potensial rəqiblərinin sayı azalıb.

Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk raundda “Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya “MOİK 1948”lə (Bolqarıstan) üz-üzə gələcək.

Səpələnməmişlərdən olan “Sabah” ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Legiya” (Polşa), “Dunayska Streda” (Slovakiya) - “Dila” (Gürcüstan) cütünün qalibi və ya “Makedoniya GP” (Şimali Makedoniya) - RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” isə “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Omoniya” (Kipr), “Vaduts” (Lixtenşteyn) - “Neman” (Belarus) cütünün qalibi və ya “Hegelman” (Litva”) - “Şkupi” (Şimali Makedoniya) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

09:16

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edəcək “Neftçi”, “Qəbələ” və “Sabah”ın rəqibləri məlum olacaq.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

II raundun 90 komandasından 59-u məlumdur. Digər 31 klub I təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər: I təsnifat mərhələsindən gələcək 14 cütün qalibi, “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), ÇFR (Rumıniya), “Midtüllan” (Danimarka), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), ÇSKA (Sofiya, Bolqarıstan), “Tvente” (Niderland), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya, AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Hibernian” (Şotlandiya), “Aris” (Saloniki, Yunanıstan), “Austriya” (Avstriya);

Səpələnməmişlər: I təsnifat mərhələsindən gələcək 17 cütün qalibi, “Petrokub” (Moldova), “Drita” (Kosovo), Voyvodina” (Serbiya), “Adana Demirspor” (Türkiyə), “Lütsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Levski” (Bolqarıstan), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Borats” (Bosniya və Herseqovina), “ÇSKA 1948” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo BelAZ” (Belarus).

İngiltərə İtaliyaya, Almaniya Macarıstana uduzdu İngiltərə İtaliyaya, Almaniya Macarıstana uduzdu İdman TAP-ın 90,5 faizi tamanlanıb TAP-ın 90,5 faizi tamanlanıb Gündəm / İqtisadiyyat Azərbaycan millisinin yer alacağı səbət bəlli oldu - “AVRO-2024” Azərbaycan millisinin yer alacağı səbət bəlli oldu - “AVRO-2024” İdman Türkiyə Albaniyaya, Fransa İslandiyaya qarşı - Yenilənir Türkiyə Albaniyaya, Fransa İslandiyaya qarşı - Yenilənir Gündəm / İdman "Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi - SİYAHI "Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi - SİYAHI İdman
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim