10-06-2023, 12:43 Oxunub: 2786

Çempionlar Liqası: İstanbulda ikinci ingilis-italyan finalı


Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər.

Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

İstanbulun ikinci dəfə ev sahibliyi edəcəyi ÇL finalında yenə ingilis-italyan dueli baş tutacaq. 2004/05 mövsümündə bu arenada “Milan” və “Liverpul” arasında keçirilmiş tarixi oyunda mersisaydlılar möhtəşəm geridönüş edərək titula sahib çıxıblar. İngiltərə təmsilçisi ilk hissədən sonra 0:3 hesabı ilə geri düşsə də, ikinci yarıda üç qol vuraraq, matçın əvvəlcə əlavə vaxta, ardınca isə penaltilər seriyasınadək uzanmasına nail olub. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (3:2) oynayan ingilislər yekunda qələbəni bayram ediblər.

Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ bu turnirdə qalib olmayıb. “İnter” isə ÇL-də oynadığı altı finalın yarısından qələbə ilə ayrılıb.

UEFA Çempionlar Liqası

Final

10 iyun

23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İstanbul, Atatürk Olimpiya Stadionu

Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ İdman Çempionlar Liqasının növbəti 3 final matçının məkanları açıqlandı Çempionlar Liqasının növbəti 3 final matçının məkanları açıqlandı Gündəm / İdman AVRO-2020: İtaliya Avropa çempionudur - YENİLƏNİB + FOTO/VİDEO AVRO-2020: İtaliya Avropa çempionudur - YENİLƏNİB + FOTO/VİDEO İdman Azərbaycan millisinin yer alacağı səbət bəlli oldu - “AVRO-2024” Azərbaycan millisinin yer alacağı səbət bəlli oldu - “AVRO-2024” İdman PSJ 1/8 finala yüksəlib, “Qalatasaray” böyük hesabla uduzub PSJ 1/8 finala yüksəlib, “Qalatasaray” böyük hesabla uduzub Gündəm / İdman
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova