8-07-2025, 14:09 Oxunub: 2115

İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov

İsrail və ABŞ-ın İrana təcavüzündən sonra Cənubi Qafqaz tədricən Rusiyanın təsir dairəsindən çıxarılır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı analitik Stanislav Tarasov erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərində vaxtaşırı ciddi problemlər yaranır və Ermənistan danışıqlar prosesində Rusiyanın vasitəçiliyini rədd edir, KTMT-dən çıxmaq, AB-yə yaxınlaşmaq, eləcə də Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan danışır:

“Sonuncu komponent Cənubi Qafqazın Rusiyanın təsirindən çıxarılmasının son mərhələsi kimi qiymətləndirilir və bu prosesdə Rusiyanın Ukrayna məsələsində iştirakına stavka edilir”.

İlham Əliyev və Paşinyanın Dubayda görüşü ehtimalına gəlincə, Tarasovun fikrincə, liderlər böyük ehtimalla regionda nəqliyyat blokadasının aradan qaldırılması gündəliyinə diqqət yetirəcəklər. O, Ərdoğanın bir neçə gün əvvəl verdiyi bəyanatı və Ermənistanın ilkin olaraq Zəngəzur dəhlizinə qarşı olmasına dair eyhamını xatırladıb:

“Hələ hansı yanaşmadan danışıldığını bilmirik, lakin bu, müəyyən konsensusun olduğunu söyləmək imkanı verir”.

Tarasov ehtimal olunan görüşün baş tutacağı halda bunu Rusiyanın vasitəçiliyindən imtina edərək, Bakı və İrəvanın razılaşmalar əldə etməsi mərhələsinin davamı olacağını da vurğulayıb:

“Rusiyanın bütün bunlara necə reaksiya verəcəyi hələ də qeyri-müəyyən görünür”.

Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş Gündəm / Dünya Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL Gündəm / Dünya Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Arayikin son çırpınışları və ya Rusiyada ətək axtarışı - ŞƏRH Arayikin son çırpınışları və ya Rusiyada ətək axtarışı - ŞƏRH Gündəm / Dünya Ərdoğanın Vilnüs bəyanatı: Moskvaya ünvanlanmış açıq və qəti mesaj - “Kaspi”nin TƏHLİLİ Ərdoğanın Vilnüs bəyanatı: Moskvaya ünvanlanmış açıq və qəti mesaj - “Kaspi”nin TƏHLİLİ Gündəm / Siyasət / Dünya
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim