İdman
ÇOX OXUNANLAR
29-06-2021, 09:22 Oxunub: 72278
Türkiyənin paytaxtında Azərbaycan Evi açılıb - FOTO

Ankara şəhərində Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nəzdində fəaliyyət göstərən Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ümummilli lider Heydər Əliyevin ölkəmizin Ankaradakı səfirliyindəki büstünü ziyarət ediblər. Ulu Öndərin büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Türkiyə Böyük Millət Məclisinin deputatları, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) sədri, eyni zamanda Ankaradakı Azərbaycan Evinin rəhbəri Aygül Attar, Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış ziyalıları, elm xadimləri, burada təhsil alan gənclər iştirak ediblər.
Qeyd edək ki, binanın girişində Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa Bəyannaməsini imzalayan zaman çəkilmiş fotosu yerləşdirilib. Burada "Şuşa” Konqres Mərkəzi, Qarabağ oxu zalı təşkil edilib, Qarabağ oxu zalının içində isə isə Qarabağ müharibəsində həlak olan şəhidlərimizin hər birinin şəklinin əks olunduğu lövhə və Qarabağ Zəfəri guşəsi yaradılıb. Zəfər guşəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibə zamanı qələbə müjdəli tvitləri xüsusi çərçivələrdə nümayiş etdirilir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin rəhbəri Aygün Attar ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən, Azərbaycan və Türkiyə Prezidentlərinin tarixi Şuşa səfərindən, Azərbaycan Evinin yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən nəhs edib.
Azərbaycan–Türkiyə dostluq münasibətlərinin tarixinə ekskurs edən Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələrimizin bütün dünyaya örnək olan əlaqələri, II Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olması, mənəvi və siyasi dəstək göstərməsi barədə danışıb. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət göstərməsinin əks olunduğunu, indiyədək bu istiqamətdə əldə olunan müsbət nəticələri, bu sahədə YTB-nin gördüyü işləri yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan Evinin qapıları Türkiyədə yaşayan və fəaliyyət göstərən türkdilli xalqların icmalarının da üzünə açıq olacaq.
YTB sədri Abdullah Eren iki ölkə diasporlarının birgə fəaliyyətinin perspektivlərindən danışıb və Şuşa Bəyannaməsini diasporlarımız üçün "Yol Xəritəsi” adlandırıb. "Biz birliyimizi möhkəmləndirdikcə, XXI əsrin yaxın illərində bambaşqa Türk Dünyası görəcəyik”, - deyə vurğulayıb.
A.Eren həm də Şuşaya unudulmaz səfərlə bağlı təəssüratını bölüşüb: "Prezidentləri gözləyərkən boş bir otağa keçib, pəncərəni açdım. Müxtəlif quşların və bülbüllərin əsrarəngiz səsi gəlirdi. Düşündüm ki, hətta Şuşadakı quşlar belə azadlığa çıxıblar. Şuşa həm də quşları ilə birlikdə azaddır!".
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım qardaş ölkənin paytaxtında Azərbaycan Evinin açılmasını diaspor tarixində mühüm hadisə kimi qiymətləndirib. Bildirib ki, ölkələrimiz arasında əlaqələrin işkişaf etdirilməsi istiqamətində Azərbaycan Evinin üzərinə çox böyük iş düşür.
Mərasim zamanı Adana–Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Yaqub Buluda, professor, TADƏHF-in İdarə Heyətinin sabiq üzvü Ənvər Həsənoğluna və vəkil Fərhad Azneviyə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı və təşəkkürnamələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







