İdman
ÇOX OXUNANLAR
18-11-2019, 16:53 Oxunub: 2225
Vilayət Eyvazov plyonka ilə bağlı TAPŞIRIQ VERDİ

Bir neçə gündür ki, Azərbaycanda sürücülərə ştorka və jalüzdən istifadə üçün verilmiş mövsümlük icazə müddəti başa çatsa da, heç bir inzibati tənbeh görülmür.
"Qafqazinfo"ya müraciət edən bir çox sürücü "biz plyonkanı sökməsək, həqiqətən cərimə etməyəcəklər?" deyə sual ünvanlayıblar. Bu ildən etibarən bu qadağanın aradan qalxacağı, daha sürücülərin cərimə olunmayacağı deyilsə də, vətəndaşlar hələ də bu məsələyə şübhəli yanaşırlar.
Noyabrın 15-i gün sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun adından imzalanan sənəd də yayılıb. Sənəddə Ramiz Zeynalovun göstərişinə əsasən, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülərin cərimələnməyəcəyi qeyd olunub.
BPYPİ-nin mətbuat katibi Rüfət Quliyev də məlumatı təsdiqləyib və bildirib ki, hazırda avtomobillərə jalüz və örtük (plyonka) vurulması standartları ilə bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsində olduğundan arxa, yan şüşələrdə jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür.
Lakin hüquqşünaslar hazırkı qanunun qüvvədə olduğunu, qanunvericiliyə dəyişiklik edilənədək bu tələbin icra olunmalı olduğunu irəli sürürlər.
Hüquq-mühafizə orqanlarındakı mənbədən "Qafqazinfo"ya bildirilib ki, sürücülərdə bu məsələ ilə bağlı hər hansı şübhə yaranmasına əsas yoxdur: "Bu məsələ Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun nəzarətindədir. Bu istiqamətdə bütün addımlar onun tapşırığı ilə həyata keçirilir. Nazir Vilayət Eyvazovun sürücülərin, vətəndaşların ziyanına ola biləcək hər hansı qərar verməyəcəyinə əmin ola bilərsiniz".
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







