İdman
ÇOX OXUNANLAR
19-11-2019, 11:56 Oxunub: 2307
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, rəqəmsal bankçılıq xidmətlərinin klassik bankçılıq xidmətləri paketinə daxil edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı əməkdaşlıq əsasında “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 134 ölkədən 60 min nümayəndənin qeydiyyatdan keçdiyi tədbirdə qabaqcıl istehsalat, mühəndislik kimi sahələrlə yanaşı, əsasən rəqəmsal iqtisadiyyat və rəqəmsal ödənişlər, pulköçürmələri, kriptovalyuta və blokçeyn texnologiyası, açıq bankçılıq yanaşması və “sandbox” rejimi”, habelə fintexlər və onların fəaliyyətinin genişləndirilməsi kimi mövzulara toxunulub. Festival çərçivəsində maliyyə bazarları sahəsində tənzimləyici və nəzarət qurumları ilə özəl sektorun bir araya gələrək yenilikləri geniş ictimaiyyətə açıqlamaları, qlobal ödəniş ekosistemində son innovasiyalarla tanış olma imkanının yaradılması, fintexlər və startaplar tərəfindən yeni məhsul və xidmətlərin təqdim edilməsi iştirakçıların böyük marağına səbəb olub.
Beynəlxalq Maliyyə Korporasiyasının Maliyyə, rəqabət və innovasiya üzrə təcrübə qrupunun qlobal rəhbəri Alfonso G.M. və Kredit infrastrukturu üzrə qlobal rəhbəri Mahesh.U, Sinqapurun maliyyə bazarları üzrə tənzimləyici və nəzarət qurumunun (Monetary Authority of Singapore) Fintex departamentinin nümayəndələri, habelə “Google Pay” şirkətinin Asiya regionu üzrə eksperti Xurram.K ilə qarşılıqlı görüşlər keçirilib. Nümayəndə heyəti, həmçinin “Visa Inc.” və “MasterCard Wordlwide” beynəlxalq kart təşkilatları, “Paypal” təşkilatının innovasiya mərkəzinin iş prinsipi ilə yaxından tanış olub.
Səfər çərçivəsində Polşa və Litva Mərkəzi banklarının nümayəndələri ilə “sandbox” rejiminin tətbiqi və bank olmayan ödəniş xidməti təchizatçılarına nəzarət, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin təşkili üzrə müzakirələr aparılıb.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







