İdman
ÇOX OXUNANLAR
26-11-2019, 16:21 Oxunub: 2414
Şəhid ailələri və müharibə əlillərinə mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış daha 100 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edildi.
Publika.az xəbər verir ki, mənzillərin sənədlərinin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara aid vətəndaşlara qayğının artırılması sahəsində aparılan işləri qeyd edib.
O, şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin mənzillə təminatı proqramının ildən-ilə gücləndiyini vurğulayıb.
Nazir müavini diqqətə çatdırıb ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub. Onlardan artıq 486 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi də təmin ediləcəkdir.
A.Əliyev bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7140 mənzil və fərdi evin verildiyini, qarşıdakı dövrdə də bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib.
O, eyni zamanda, 2018-ci ildə 265 müharibə əlilinə nazirlik tərəfindən avtomobil verildiyini, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan bu il artıq 427 avtomobilin təqdim edildiyini deyib.
Nazir müavini indiyədək 6400-dək minik avtomobilinin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara verildiyini qeyd edib. O, həmçinin cari ildə reallaşdırılan sosial paketlərin tərkib hissəsi kimi, şəhid ailələrinə, müharibə əlillərinə yönələn sosial ödənişlərin də əhəmiyyətli şəkildə artırıldığını bildirib.
Yeni mənzillərlə təmin olunan vətəndaşlar aparılan güclü sosial siyasətdən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına və hazırda müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







