İdman
ÇOX OXUNANLAR
29-11-2019, 12:16 Oxunub: 2403
Azərbaycanda turistlərin ən çox getdiyi RAYONLAR

“2019-cu ilin avqust-sentyabr aylarında 13 ölkədən 2000 turist arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərin təxminən 20 faizi Azərbaycana səfərlərini turpaketlə edib, 63 faizi isə fərdi qaydada gəlib”.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Turizm Sammiti – 2019” tədbirində hesabatın təqdimatı zamanı bildirilib. Hesabatda qeyd edilib ki, hər şey daxil paketini daha çox Ukrayna, İran və Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər alıb. Turistlərin yarıdan çoxu Bakıda qalmağa üstünlük verib. Hesabata görə, turistlərin Azərbaycanda ən çox getdiyi 4 rayon - Qəbələ, Quba, Şəki və Qusardır. Sorğuya görə, Azərbaycana ilk dəfə gələnlər 75 faiz, ikinci dəfə gələnlər 10 faiz, 3 dəfədən çox gələnlər isə 15 faiz olub. Əyləncə və istirahət üçün gələnlər 60 faiz, dostlar və ailəyə baş çəkmək üçün gələnlər 11 faiz, iş səfəri üçün gələnlər isə 16 faiz, sağlamlıq və müalicə üçün gələnlər isə 11 faiz təşkil edib.
Araşdırma göstərir ki, əksər turistlər turizm məkanlarına ailə üzvləri və dostları ilə səyahət etməyə çalışırlar. Sorğuya əsasən, ailə ilə səyahət edənlər əsasən yerli turistlərdir. Hesabata görə, azərbaycanlıların 64,8 faizi ailə üzvləri ilə birlikdə səyahət edirlər. Qonaqların əksəriyyəti 5 və 4 ulduzlu otellərdə, ya da qohumların evlərində qalmağa üstünlük verirlər. Əcnəbilərin 35 faizi, yerli turistlərin isə yalnız 16 faizi 5 ulduzlu otellərdə qalır. Azərbaycanlıların isə hər 3-dən biri bölgələrə gedərkən qohumların və ya dostların evində qalır. Hesabata görə, yerli turistlər gündəlik 207,2 manat, əcnəbi turistlər isə 422,5 manat xərcləyirlər. Xərclərin çoxu yerləşmə, qidalanma və alış-verişi əhatə edir.
Sorğuda turistlərin narazı qaldığı məqamlar da açıqlanıb. Məlumata görə, əcnəbilərin narazı qaldığı əsas məqamlar aviabilet və yerləşmənin qiymətləri, bölgələrdə görməli yerlərə əlçatanlıq səviyyəsi və ictimai nəqliyyatın keyfiyyəti məsələsidir.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







