İdman
ÇOX OXUNANLAR
15-01-2020, 18:42 Oxunub: 2337
Nərminin anası: Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm, bizi Bakıya köçürün
İstəyirəm ki, tezliklə balamın qatili cəzalandırılsın. O, ən ağır cəzaya layiqdir. Yandırılıb edam olunmalıdır.Bu sözləri vəhşicəsinə qətlə yetirilən Nərmin Quliyevanın yeddi mərasiminə qatılmaq üçün Tovuza ezam olunan News24.az-ın müxbirinə açıqlamasında mərhum azyaşlının anası Aynurə İsmayılova bildirib.
O, qızının qətli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib:
“Cənab Prezidentimiz İlham Əliyev! Bilirəm ki, həm Siz, həm də Mehriban xanım uşaqlara xüsusi qayğı ilə yanaşır, onları sevib qoruyursunuz. Ona görə də Sizdən kömək istəyirəm. Bizim Tovuzdan Bakıya köçüb yerləşməyimizə yardım edin.
Qalan iki övladıma görə çox qorxuram. Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm. Qızım o evdə yanıb. Ona orada zülm eləyib, başını daşla əziblər. Sizdən övladımın qatilinin, bu işdə ona kömək edənlərin ən ağır cəza almasına göstəriş verməyinizi xahiş edirəm”.
Nərminin ailəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bakıya köçürülmələri ilə bağlı müraciəti yazılı şəkildə də ünvanlayıb.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







