İdman
ÇOX OXUNANLAR
24-05-2021, 17:20 Oxunub: 222504
İşsiz qalan şou əhli: Evini, maşınını, qızıllarını satanlar - SİYAHI

Bir ildən çoxdur ki, pandemiyaya görə toyların, böyük məclislərin qadağan edilməsi şou-biznes nümayəndələrini də dilə gətirib. Onlar dəfələrlə gəlir yerlərinin olmamasından, gileyləniblər.
Bir çox sənət adamı maddi sıxıntı yaşadığından əlavə biznes qurub. Bəziləri isə pul qazanmaq üçün Rusiyaya üz tutub. Bir neçə sənət adamı isə əşyasını, avtomobilini satıb.
Xalq artisti Səməd Səmədov pandemiyada maşınını satdığını deyib. Müğənni bildirib ki, pulu olmadığı üçün bahalı avtomobilini sataraq, əvəzində daha ucuzunu alıb.
Əməkdar artist Elnarə Abdullayeva qızıllarını satdığını deyib. Xanəndə Rusiyada toylara getməzdən əvvəl pulsuz qaldığını və tək çarəni bunda gördüyünü bildirib.
Müğənni Nadir Qafarzadə də bahalı saatlarını sataraq maddi sıxıntıdan xilas olub. Hazırda isə sənətçi Rusiyaya işləməyə üz tutub.
Müğənni Elton Hüseynəliyev iki avtomobilindən birini satıb. Hazırda isə o, evlərdə keçirilən məclislərə qatıldığını deyib.
Müğənni Xuraman Şuşalı ötən ilin sentyabrında yeni tikdirdiyi villasını satışa çıxardığını açıqlayıb. O bildirib ki, evi hələ tam hazır deyil. 4 sot torpaq ərazisi olan tikiliyə Xuraman 100 min manat xərclədiyini söyləyib. İndi isə o, kafe açıb.
Müğənni Bahar Lətifqızı da çətin günlərində evini və avtomobilini satıb. Sənətçi iki evi olduğunu deyib. O bildirib ki, birini sataraq sıxıntılarını aradan qaldırıb.
Müğənni Aynur Dadaşovanın evini satdığı ortaya çıxıb. Həyat yoldaşından ayrıldıqdan sonra sənətə qayıdan və məclislərə gedən ifaçı pandemiyada işsiz qalıb. O da çarəni evini satmaqda görüb.
Müğənni Niyam Salami maddi sıxıntıdan ən çox gileylənən sənət adamı olub. O, bir müddət əvvəl "Range Rover” markalı maşınını satıb.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







