İdman
ÇOX OXUNANLAR
30-09-2019, 18:46 Oxunub: 2334
Milli Qəhrəmanlar Qarabağ qazilərinin döyülməsini PİSLƏDİLƏR

Artıq bir neçə gündür ki, Bakının Binəqədi rayonu ərazisində Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) mühafizəçiləri ilə bir qrup Qarabağ əlili arasında insident yaşanır. İnsident zamanı hər iki tərəfdən xəsarət alanlar və müxtəlif xəstəxanalara yerləşdirilənlər var.
Olaya səbəb Qarabağ qazisinin ərazidə tikilən evinin SOCAR əməkdaşları tərəfindən sökülməsi olub.
Modern.az saytı yaşanan hadisələrlə bağlı vaxtı ilə Qarabağ uğrunda döyüşlərdə ad-san qazanmış Milli Qəhrəmanlardan münasibət öyrənib.
Maşallah Abdulalyev: “Məsələdən xəbərim yox idi, eşitdim və çox narahatam. Qarabağ əlilini ilk növbədə dinləmək lazımdır. Əgər yalnışı varsa, demək lazımdır ki, “səhvin var, düzgün yolda deyilsən”. Yəni sözlə başa salmaq lazımdır, dava-dalaş nəyə gərəkdir? Yeri gəlsə, onlara adlarına görə güzəşt etmək lazımdır, əl qaldırmaq nə deməkdir?”.
Məhəmməd Həsənov: “Əgər kimsə Qarabağ qazisinə əl qaldırıbsa, ümumiyyətlə həyatda nə etdiyini bilmir. Bu hərəkət insanlığa sığmayan davranışdır”.
Vahid Quliyev: “Vətən uğrunda döyüşən hər bir şəxsə bütün xalqın böyük hörməti olmalıdır. Qaldı ki, Qarabağ qazilərinə - onlar bizim başımızın tacıdır. Vaxtilə vətən uğrunda döyüşmüş şəxsləri indi hansısa qurum əməkdaşlarının döyməsi yolverilməzdir. Əvvəla həmin işçilər kimdir ki, hansısa vətəndaşı döyə və yaxud yaşadığı evi, hasarı sökələr? Bu işi icra etmək üçün aidiyyəti orqanlar, məhkəmə var. Əgər məhkəmənin qərarı olarsa, icraçı orqanlar lazımi işi görər”.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







