İdman
ÇOX OXUNANLAR
11-09-2021, 17:51 Oxunub: 332209
Ya Şeyx, İrana de Qarabağa yük daşımasın!

Sədrəddin Soltan yazır...
Azərbaycanın torpaqlarını işğaldan azad etmək istiqamətdə apardığı müharibə ədalətlidir.
Bunu yəhudilər də, xristianlar da, müsəlmanlar da, ateistlər də yaxşı bilir. Qarabağın Azərbaycana aid olduğu da bütün dünyaya gün kimi aydındır. Ermənistanın Cənubi Qafqazda yaradılması, mövcudluğu, missiyası, işğalçı və pozucu davranışı da sirr deyil.
Deməli, Cənubi Qafqazın bu iki dövlət arasındakı mübarizə xeyirlə şərin savaşına oxşayır. Azərbaycan tərəfi bir qayda olaraq xeyir işlər görür, regionda təhlükəsizlik, əməkdaşlıq üçün ardıcıl addımlar atır. Ermənistan isə bölgənin təhlükəsizliyini təhdid edən davranışları, niyyətləri ilə şəri dəstəkləyir, ona xidmət edir.
Cənubi Qafqazın təhlükəsizlik və sabitlikdə region dövlətləri, o cümlədən İran da maraqlı olmalıdır.
Ancaq 44 günlük müharibədən əvvəl İranın Ermənistana etdiyi yardımlar bunun əksini düşünməyə vadar edir. Yumşaq desək, regionda sabitliyi İslam Respublikasında istəməyənlər var.
Çünki işğalçının öz şər niyyətini həyata keçirmək üçün xarici dəstək Cənubi Qafqazda təhlükəsizliyin təhdid edilməsidir. Bu yolla Ermənistana xeyirə qarşı çıxmaq üçün dəstək verilir.
Bu il iyulun 11-dən avqustun 8-dək İslam respublikasına məxsus 4-ü yük, 31 benzin daşıyan olmaqla 35 maşın 70 dəfə Azərbaycanın Laçın rayonundakı dəhlizə giriş və çıxış edib. Avqustun 11-də İranın səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Caliber.az-ın əldə etdiyi və bu gün mətbuatda geniş işıqlandırılmış məlumata görə, avqustun 11-dən sentyabrın 10-dək 58 yük maşını müxtəlif təyinatlı yüklə, əsasən, yanacaq-sürtkü materialı ilə Xankəndinə girib. Bir müddət sonra onların 55-i geri qayıdıb. Həmin avtomobillərin də İrana məxsus olduğu müəyyən edilib. İranlılar və ermənilər bu maşınlara Ermənistan qeydiyyatlı dövlət nömrə nişanı qoymaqla qarşı tərəfi aldatmağa cəhd göstərsə də, "xoruzun quyruğunu” gizlədə bilməyiblər.
Bununla da İran Ermənistana Azərbaycan ərazisində şər əməllər törətməsinə dəstək vermiş olur.
Belə bir şəraitdə Qafqazın Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və məlum "fətva” məsələsində onu dəstəkləyənlərin səsi çıxmır. Niyə Şeyx müdafiə etdiyi İran lideri ayətullah Seyid Əli Xameneiyə şəri dəstəkləyənlərə qarşı tədbir görülməsi ilə bağlı müraciət etmir?
Heç bir əsası olmadan İranın ali rəhbərinin "fətva” verdiyini iddia edən Allahşükür Paşazadənin İranı bu əməllərinə görə tənqid etdiyini görən belə olmayıb.
Yeri gəlmişkən, İran İnqilabından sonra sonuncu dəfə fətvanı ayətullah Ruhulla Xomeyni 1989-cu il fevralın 14-də Salman Rüştü barəsində verib. Ondan sonra belə bir şəri hökm çıxarılmayıb. Belə bir şəraitdə "din siyasətdən ayrıdır” kimi əsassız iddia ilə çıxış edən də tapılar.
Öz dövlətinin maraqlarını qorumaq və müdafiə etmək, indiki halda "Qarabağa yük daşımayın” demək siyasət deyil, adi vətəndaşlıq borcudur. İslam dininə görə "Vətəni sevmək imandandır”.
İmanlı və təqvalı olaq.(oxu.az)
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







