İdman
ÇOX OXUNANLAR
1-10-2019, 17:47 Oxunub: 2387
Təhsil haqqını ödəyə bilməyən gənc itkin düşüb - Foto

Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb.
Sonxeber.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Ə. Cəfərovun atası Əfqan Cəfərov məlumat verib.
O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib: "Bu il onun təhsil haqqını ödəyə bilmədik. Ödənişi 1500 manat idi. Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. I kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər. Özümüz hazırda Qara Qarayevdə kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf, bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik".
Qeyd edək ki, Əsədulla Cəfərovu görənlər atası ilə əlaqə saxlaya bilər.
Əlaqə telefonu: (050) 461-53-17
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







