22-11-2021, 12:23 Oxunub: 112297

Vətən Müharibəsi Qəhrəmanları ilə görüş - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında və Xüsusi Məktəbində Vətən Müharibəsi Qəhrəmanları ilə görüş təşkil edilib.

 

DSX-nın Mətbuat Mərkəzindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzülüb.

 

Dövlət Himninin səsləndirilməsindən sonra ölkəmizin bötüvlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün və döyüş yoldaşlarının Prezident İlham Əliyevin ­Müzəf­fər Ali Baş Komandanlığı altında torpaqlarımızın azad olunması uğrunda müqəddəs savaşın iştirakçıları olmaqdan qürur duyduqlarını bildirib.

 

Vətən müharibəsi zamanı DSX-nin qarşı­sın­da Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulan döyüş tapşırıq­larının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əmə­liyyatlarda Azərbaycan sərhədçilərinin qəhrə­manlıq və şücaət nü­mu­nə­ləri göstər­mələri qeyd edilib, sərhədçilərin keçdikləri döyüş yolu, azad etdikləri ərazilər barədə məlumat veril­ib.

 

Tədbirdə çıxış edənlər müharibənin ilk günlərindən sərhədçilərin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdiklərini bildiriblər.

 

Sərhədçilərin xalqımızın tarixi, milli-mənəvi sərvətinin rəmzi olan Xudafərin körpüsündə, Zəngilan şəhə­rində və Zəngilanın Ağbənd qəsəbə­sin­də dövlət bayrağını sancdıqları, Ermənistanla sərhəddə "Bartaz” və "Şükü­rataz” strateji yüksək­liklərini azad etdikləri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq və şücaət göstərdikləri vurğulanıb.

 

Vətənimizin bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların göstərdikləri igidlik və fədakarlıqlarından danışılıb, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı vurğulanıb.

 

Çıxış edənlər qalib xalqımızın şərəfli tarixinin şahidləri olan kursantların gələcəkdə onlara əmanət ediləcək sərhədçilərin qəhrəmanlıq, Vətənə sədaqət ənənənələrini layiqlə davam edəcəklərinə əminlik bildiriblər.

 

Xüsusi Məktəbdə keçirilən tədbirdə kursantlar tərəfindən Vətən mühari­bəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Sonda Vətən Müharibəsi Qəhrəmanları DSX-nin Akademiyası və Xüsusi Məktəbinin kursant heyəti ilə xatirə fotoşəkli çəkdiriblər.

Böyük Vətən Müharibəsi veteranlarına Qələbənin 75 illiyi münasibətilə pul veriləcək Böyük Vətən Müharibəsi veteranlarına Qələbənin 75 illiyi münasibətilə pul veriləcək Dünya Vətən müharibəsi şəhidinin abidəsi ucaldıldı - VİDEO Vətən müharibəsi şəhidinin abidəsi ucaldıldı - VİDEO Gündəm / Sosial Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin ildönümü Gürcüstanda qeyd edilib Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin ildönümü Gürcüstanda qeyd edilib Gündəm / Siyasət Vətən müharibəsinin başlamasından BİR İL KEÇİR Vətən müharibəsinin başlamasından BİR İL KEÇİR Gündəm Vətən müharibəsi şəhidlərinin yeni siyahısı Vətən müharibəsi şəhidlərinin yeni siyahısı Sosial
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…