İdman
ÇOX OXUNANLAR
25-02-2022, 07:30 Oxunub: 2331
Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək
Gözlənildiyi kimi hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Soyuq hava kütləsinin isti havanı sıxışdıraraq yuxarı qaldırması nəticəsində yerüstü təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən aşağı olub, nəticədə inversiya qatı yaranıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.Onun sözlərinə görə, gecə saatlarında yer səthi tədricən soyuyur ki, bu da havanın aşağı qatlarının da soyumasına gətirib çıxarır. Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur.
“Dumanlı hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron yarımadasında meteoroloji görünüş məsafəsi 200 metrədək, rayonlarda isə 50 metrədək məhdudlaşıb”.
Xidmət rəisi bildirib ki, ölkə ərazisində dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək. Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar görünüş məsafəsi 100-500 metrədək məhdudlaşacaq.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







