İdman
ÇOX OXUNANLAR
2-10-2019, 13:48 Oxunub: 2371
Prezident naziri işdən çıxardı, iclasdan QOVDU
Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov hökumətin geniştərkibli iclasında Daxili işlər naziri İskəndər Mulikovu işdən çıxarıb. Prezident Baş prokuror Batir Atdaevin Mulikovun nöqsanlarına dair hesabatını dinləyəndən sonra onun işdən çıxarıldğını elan edib və iclas zalından qovub.
Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, keçmiş nazirin rütbəsi mayor dərəcəsinə endirilib və dövlət mükafatları alınıb.
Daxili işlər naziri vəzifəsinə Mammetxan Çakiyev təyin olunub. O, Nazirlər Kabinetinin sədr müavini postunda çalışırdı.
Bundan öncə “Azadlıq” radiosu daxili işlər nazirinin sürücüsü Maksat Amanovun həbs olunması haqda məlumat yaymışdı. Radionun məlumatına görə, nazirin işdən çıxarılması və sürücüsünün həbsi Aşqabadda biznesmen Çar Kulov və keçmiş xarici iqtisadi əlaqələr naziri Amandurd İshanovun həbsləri ilə bağlıdır.
Mulikovun biznes maraqlarına Aşqabadda bir neçə restoran, kafe və mağaza daxildir. “Okean” restoranı, “Ayperi” və “Türk yeməkləri” kafeləri müsadirə olunub.
Qeyd olunur ki, DİN sistemində təmizləmə İskander Mulikovla Milli təhlükəsizlik naziri Yaylım Berdiyev arasındakı çəkişmənin nəticəsidir.
Mənbələrin deməsinə görə, Mulikovun Türkmənistan prezidentinin yaxın qohumları arasında nüfuzlu hamisi olduğundan o, vəzifədə sələflərindən daha çox qala bilib.
Mulikov 2009-cu ilin mayından daxili işlər naziri idi.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







