8-08-2022, 09:51 Oxunub: 2260

Bu gün Aşuradır

Bu gün Aşura qeyd olunur.

Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dindarlara müraciət edərək xatırladıb ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyil.

Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir. Bu il də humanist ənənə davam etdirilərək qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn xatirinə həyat bəxş edəcəklər.

Bundan əlavə, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Qanununa uyğun olaraq, dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Xüsusilə son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır.

Avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.

Qeyd edək ki, avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

Məhərrəm ayı başladı Məhərrəm ayı başladı Gündəm Aqiyə Naxçıvanlı: “Mehriban xanım Əliyevanın fəaliyyəti sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasında böyük rol oynayır” Aqiyə Naxçıvanlı: “Mehriban xanım Əliyevanın fəaliyyəti sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasında böyük rol oynayır” Siyasət DAXİLİ İŞLƏR NAZİRLİYİ vətəndaşlara səsləndi-TƏCİLİ DAXİLİ İŞLƏR NAZİRLİYİ vətəndaşlara səsləndi-TƏCİLİ Maraqlı Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır Siyasət Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova