İdman
ÇOX OXUNANLAR
3-10-2019, 14:12 Oxunub: 2445
Türkdilli ölkələrin dövlət başçıları Bakıya gələcəklər

Bakıda keçiriləcək Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə iştirak etmək məqsədi ilə türkdilli ölkələrin dövlət başçılarının paytaxtımıza gəlişi gözlənilir.
Trend xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Dünya Türkologiya Mərkəzi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasının 10 illiyinə həsr olunan birgə tədbirdə tanınmış türkoloq, tarix elmləri doktoru Məmmədli Güllü Yoloğlu deyib.
Onun sözlərinə görə, 2009-cu il oktyabr ayının 3-də Naxçıvan şəhərində təşkil olunan Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası və Türk Birliyi yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə həmin təşkilatların təsisçi üzvləridir:
"Bu yaxınlarda Özbəkistan da bu Sazişə qoşulub. Bundan əlavə, Macarıstan da müşahidəçi üzv kimi iştirak edir. Şura təsis olunduqdan sonra zirvə görüşləri "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşləri" adı altında Almatı, Bişkek, Nursultan, Bodrum və Qəbələ şəhərlərində keçirilib. Növbəti zirvə görüşünün də Azərbaycanda keçirilməsi qərara alınıb. Bu məqsədlə 14-15 oktyabrda türkdilli ölkələrin dövlət başçılarının Bakıda növbəti zirvə toplantısına gəlişi gözlənilir".
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







