İdman
ÇOX OXUNANLAR
3-10-2019, 15:17 Oxunub: 2404
"Bazarların monitorinq edilməsinə ehtiyac var"- Vüqar Bayramov qiymət artımından danışdı

Xəbər verdiyimiz kimi, Azərbaycanda minumum əmək haqqı 250, pensiyalar isə 200 manata qaldırıldı. Təəssüf ki, bu artım bazarlardakı qiymətlər də təsir edir. Belə ki, son bir neçə gündə marketlərdə qida məhsulların qiymətində artım müşahidə olunur.
Bununla bağlı BiG.AZ-a danışan Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, maaşlar və pensiya qalxmadan öncə də istehlak bazarlarda bahalaşmaların olduğunu müşahidə edirdik:
"Cənab prezidentimiz də çıxışında qiymət artımı məsələsinə xüsusi toxundu. Bildirdi ki, bazarda karter yanaşmanın olması süni qiymət artımına gətirib çıxarır. Azərbaycanda təəssüf ki, əmək haqqı ilə bağlı qərar qəbul olunan zaman və vətandaş artan maaşını almamış bazarlarda sahibkarlar tərəfindən qiymətlər qaldırılır. İstehlak bazarlarında qiymət artımı monapolist sahibkarlar tərəfindən psixoloji və praktik şəkildə həyata keçirilir. Maaşların və pensiyaların artırılması daha çox sosial ehtiyacı olan vətəndaşların gəlirlərinə təsir edir. Bu artım ciddi qiymət artımına gətirib çıxarmamalı idi. Xüsusi ilə nəzərə alsaq ki, vətəndaşlarımızın yerli məhsullara ehtiyacı var. Düşünürəm ki, yerli məhsulların qiymətinin tənzimlənməsi mümkün idi. Bu ondan xəbər verir ki, bazarların monitorinq edilməsinə ehtiyac var. Yay mövsümünda aparılan monitorinqlər göstərdi ki, paytaxt bazarlarında olan qiymətlər rayonlardakı ilə kəskin fərqlənir".
Vüqar Bayramov qeyd edib ki, bazarda rəqabətin gücləndirilməsi çox vacibdir: "Xüsusilə də bazardakı monopoliyaya qarşı mübarizə, o cümlədən şəhərdən kənddə layihəsini genişləndirilməsinə ehtiyac var. Əks təqdirdə biz bazarlarda sahibkarlar tərəfindən suni qiymət artımlarını hər zaman müşahidə edəcəyik. Əlbəttə bu qəbul edilən deyil. Sosial paketin mahiyyəti ondan ibarətdir ki, bazarlardakı tarazlığı pozmadan gəlirləri artırmaq mümkün olsun. Sosaial paketlə yanaşı bazarın liberallşadırılması ilə də bağlı islahatların sürətlənməsi vacibdir ki, biz yaxın dövrlərdə də suni qiymət artımı ilə qarılaşmayaq".
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







