İdman
ÇOX OXUNANLAR
3-10-2019, 17:55 Oxunub: 2486
Bakıda törədilmiş qətlin üstü açılıb - RƏSMİ

Paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan Redaktor.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, sentyabrın 23-də rayonun Yeni Yasamal-1 yaşayış massivində yerləşən 2 saylı evin 11-ci mənzilində yaşayan 1970-ci il təvəllüdlü Maya Kərimovanın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs – 1987-ci il təvəllüdlü Farid Axundov, 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadə tərəfindən tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb olunublar.
Aparılmış istintaq hərəkətləri nəticəsində mərhumun evindən götürülmüş pul və qızıl-zinət əşyaları F.Axundovun yaşadığı mənzildə aşkar edilərək maddi sübut kimi götürülüb.
Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







