İdman
ÇOX OXUNANLAR
4-10-2019, 14:20 Oxunub: 2393
“Qarabağ”ın oyununda təxribat törədənlərin GÖRÜNTÜLƏRİ

"Qarabağ” "Düdelanj” matçında təxribat törədənlərin görüntüsü yayılıb.
Anews.az xəbər verir ki, təxribatçıların görüntüsünü Ermənistan futbol yığmasının azarkeş qrupu olan "First Armenian Front” öz Feysbuk səhifəsinda paylaşıb. Onların dörd nəfərdən ibarət olduğu müəyyən edilib.
Göründüyü kimi, əllərində bayraq adına əski parçası və dron tutan dördlüyün təxribata əvvəlcədən hazırlaşdıqları üzə çıxır.Qeyd edək ki, dünən "Qarabağ”- "Düdelanj” oyunu zamanı meydançaya dronla "dqr”in bayraq adına əski parçası endirilib. Buna Azərbaycan azarkeşləri və "Qarabağ”ın futbolçuları sərt etiraz ediblər. Nəticədə oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. Lüksemburqun İdman naziri futbolçularımızdan baş verənlərə görə üzr istədikdən və törədilən təxribatın təşkilatçılarının yaxalanacağı vədi verməsindən sonra oyun davam etdirilib.
Təxribatı isə "First Armenian Front” fanat qrupunun Belçikadakı üzvlərinin törətdiyi bəlli olub. Maraqlı məqam odur ki, təxribatın törədilməsindən bir neçə dəqiqə öncə "First Armenian Front” səhifəsində təxribat törədiləcəyi ilə bağlı "FAF-ın Belçikadan olan üzvləri Qarabağın oyununa sürpriz hazırlayıblar. Oyuna baxmağı məsləhət görürük” sözləri ilə xəbərdarlıq yerləşdirilib.(Publika)
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







