İdman
ÇOX OXUNANLAR
4-10-2019, 14:55 Oxunub: 2402
Nazirlik bu avtomobillərin istismarını QADAĞAN EDİR

Havanın çirklənməsində ən böyük pay avtomobillərin üzərinə düşür. Bu problemin ortaya çıxmasına isə daha çox köhnə maşınlar səbəb olur. Təəssüflə qeyd edə bilərik ki, hələ də ölkəmizdə ötən əsrin 90-cı illərinin istehsalı olan avtomobillər üstünlük verilir. Onların əksəriyyətinin dizel yanacağı ilə işləməsi və texniki sazlıqlarının get-gedə pisləşməsi havanın çirklənməsində bu avtomobillərin iştirakını daha da artırır. Bəs havanı daha çox çirkləndirən maşınlara hansı dövlət qurumu nəzarət edir? Daha çox zəhərli qaz buraxan avtomobilləri hansı dövlət qurumu saxlayaraq cərimələyə bilər?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lent.az -ın sorğusuna cavab olaraq bildirib ki, nazirlik bu istiqamətdə Dövlət Yol Polisi ilə birgə tədbirlər həyata keçirir:
“Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar avtomobil nəqliyyat vasitələri ilə atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə təsdiq olunmuş birgə tədbirlər planına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər idarələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə hər il Respublika ərazisində “Təmiz hava” aylığı tədbirləri həyata keçirir.
“Atmosfer havasının mühafizəsi haqqında” qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədi ilə avtomobil nəqliyyat müəssisəsində və nəqliyyat sexlərində araşdırmalar aparılır. Bu təsərrüfatlarda avtomobillərin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunduqda, profilaktik tədbirlər aparılaraq tüstülük faizinin miqdarının norma həddinə endirilməsi tələbi qoyulur. Bu mümkün olmadıqda nəqliyyat vasitəsinin istismarı qadağan edilir və nəqliyyat müəssisələrinə qarşı inzibati tədbirlər görülür”.
Nazirlikdən verilən məlumata görə, magistral yollarda avtomobillər fərdi qaydada yoxlanılır. Avtomobilin atmosferi normadan artıq çirkləndirməsi aşkar edildikdə Dövlət Yol Polisi inzibati qaydada protokollar tərtib edir:
“Magistral yollarda keçirilən reydlər zamanı avtomobil nəqliyyat vasitələri fərdi qaydada yoxlanılır. Atmosfer havasını müəyyən olunmuş normadan artıq çirkləndirən avtomobillərin sürücülərinə qarşı Dövlət Yol Polisi inzibati qaydada protokollar tərtib edir. Bununla yanaşı, nəqliyyat vasitələrinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı hər il keçirilən avtomobillərin texniki baxışı tədbirləri zamanı yoxlanılır”.
Nazirlikdən onu da bildiriblər ki, avtomobilin işlənmiş qazlarında normadan artıq zərərli maddələr olan avtomobil nəqliyyatı vasitələrini ancaq DYP saxlaya bilər.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







