İdman
ÇOX OXUNANLAR
23-09-2019, 12:13 Oxunub: 2435
Tağıyevin heykəlinin qoyulacağı vaxt açıqlandı

Hacı Zeynalabdin Tağıyevin heykəlinin Novruz bayramında qoyulması planlaşdırılır.
Bunu heykəlin layihə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib.
Xanlar Əhmədov artıq heykəlin hazırlanması prosesinin başladığını bildirib:
“İşlərə başlanılıb. Hətta “İçərişəhər” metrostansiyası qarşısında qoyulacaq heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib. Hazırda heykəlin işçi modelini hazırlayıram. Ondan sonra heykəl hazırlanacaq. Heykəlin Novruz bayramında hazır olması planlaşdırılır. ”.
Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq heykəli üç metr hündürlüyündə olacaq.
Ayaqüstü olacaq heykəl tunc, qırmızı və qara qranitdən hazırlanacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib olub.(oxu.az)
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







