5-05-2023, 15:15 Oxunub: 2222

Sumqayıt Səhiyyə İdarəsində 6.5 milyon manatlıq yeyinti aşkarlanıb: icra başçısı yoxlamadan şoka düşüb













Ötən günlərdə xəbər verilmişdi ki, Maliyyə Nazirliyi Sumqayıtda geniş maliyyə yoxlamalarına başlayıb. Həmin yoxlamaya əsasən şəhərdə bütün dövlət qurumlarında büdcə vəsaitlərinin hansı şəkildə xərcləndiyi araşdırılır.

BakuPress.Az  xəbər verir ki, Sumqayıtda yoxlamanı təkcə Maliyyə Nazirliyi deyil, həmçinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də həyata keçirirmiş. Əldə etdiyimiz məlumata görə, sözügedən qurum bir həftədir Sumqayıt şəhər Təhsil, Səhiyyə, Kommunal Təsərrüfat idarələrində genişmiqyaslı araşdırmalara start verib. Artıq ilk yeyinti faktının aşkarlandığına dair məlumatlar da var.

Həmin məlumata görə, KQMBİ-nin ilk araşdırması Sumqayıt Şəhər Səhiyyə İdarəsində həyata keçirilib. Həmin araşdırma nəticəsində 6 milyon 427 min manat yeyinti aşkarlanıb. Dövlət qurumu bu yeyinti ilə əlaqədar cinayət işi başlayıb, hətta bir nəfərin saxlandığına dair iddialar da var.

Məlumatda vurğulanır ki, məsələdən xəbərdar olan Sumqayıtın icra başçısı Zakir Fərəcov danışıqlar aparmağa çalışsa da, buna imkan belə verilməyib. Yalnız o bildirilib ki, yeyinti nəticəsində dəymiş 6.427 min manat ziyan dövlət nəfinə geri qaytarılmalıdır. Bundan sonra icra başçısı və yaxınlarının sayəsində həmin pulun 1 milyon 500 min manata geri ödənilib.

Bundan başqa, KQMBİ Sumqayıt Təhsil İdarəsində apardığı araşdırma zamanı da külli miqdarda ziyan müəyyən edib. Bu idarədə dövlət vəsaitlərinin mənimsənilməsi nəticəsində dəymiş ziyanın məbləği barədə hələlik açıqlama verilmir.

Bildirilir ki, Zakir Fərəcov qəfil başlayan bu yoxlamalardan çıxılmaz vəziyyətə düşüb. Məlumata görə, o, vəziyyətdən çıxmaq üçün bir neçə qapını döysə də, bunun heç bir xeyri olmayıb. Həmin qapılardan ona bildirilib ki, problemi özü həll etməlidir və ona heç bir köməklik göstərə bilməyəcəklər.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq. 



Sumqayıt Səhiyyə İdarəsində yeyinti ilə bağlı qalmaqal: İcra başçısı “günahı keçisi” axtarır Sumqayıt Səhiyyə İdarəsində yeyinti ilə bağlı qalmaqal: İcra başçısı “günahı keçisi” axtarır Gündəm Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? Gündəm Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Gündəm MÜRACİƏT MÜRACİƏT Gündəm / Sosial / Köşə
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim