10-06-2023, 12:42 Oxunub: 2116

Anar Bağırov qanuna edilən dəyişiklik barədə: “Pulsuz vəkil yalnız kassasiya instansiyasında olmayacaq”

“Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində bir sıra mütərəqqi islahatlar həyata keçirir. Görülən işlərin davamı kimi Milli Məclisin növbəti plenar iclasında III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsidir. Layihə dövlət tərəfindən əhalinin aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, eyni zamanda, digər həssas təbəqələrinin konstitusion hüquqlarından olan keyfiyyətli hüquqi yardım almaq hüququnun realizəsi, habelə ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə hazırlanıb”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, hazırda qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, yalnız kassasiya, əlavə kassasiya şikayətləri və məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması ilə bağlı ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Qanunvericiliyə uyğun olaraq vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar dövlət hesabına vəkillə təmin olunurlar.

“Bu gün üçüncü oxunuşda qəbul edilən layihəyə əsasən, dəyişikliklər qüvvəyə minəndən sonra peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsait olmayan şəxslər, nəinki yalnız kassasiya instansiyasında, habelə mülki işlər üzrə birinci və apellyasiya instansiyalarında da dövlət hesabına vəkillə təmin olunacaqlar. Qanun layihəsində dövlət hesabına vəkillə təmin olunacaq şəxslərin dairəsi müəyyən olunub, qanunvericilikdəki ziddiyyətli məqamlar aradan qaldırılıb”, - deyə sədr bildirib.

A.Bağırov qəbul edilən qanun layihəsini mütərəqqi layihə kimi dəstəklədiyini vurğulayıb:

“Azərbaycan vəkil korpusu adından bu təşəbbüsünə görə Prezident İlham Əliyevə, həmçinin sədr Sahibə Qafarova başda olmaqla Milli Məclisin deputatlarına təşəkkür edirəm. Ayrıca olaraq, dəyərli həmkarımız, ölkə vəkilliyi üçün müstəsna əhəmiyyəti olan qanun layihəsinin məruzəçisi millət vəkili Bəhruz Məhərrəmova vəkillərin səsini Milli Məclisin yüksək tribunasından səsləndirdiyi üçün dərin minnətdarlığımı bildirirəm”.

Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Siyasət Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Gündəm Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Siyasət Rəşad İbrahimov: “Yüksəliş” yarışına qatılmaq həyatınızı müsbət yöndə dəyişəcək Rəşad İbrahimov: “Yüksəliş” yarışına qatılmaq həyatınızı müsbət yöndə dəyişəcək Siyasət “Dayaq” Sosial Maarifləndirmə İB-i yeni bir layihənin icrasına start verib “Dayaq” Sosial Maarifləndirmə İB-i yeni bir layihənin icrasına start verib Sosial
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim