10-06-2023, 12:45 Oxunub: 2184

Ukrayna yardım istədi - Prezident tapşırıq verdi

Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə iyunun 9-da Ukraynaya humanitar yardım göndərilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, müxtəlif ləvazimatlardan, o cümlədən nasoslar, boru kəmərləri, rezin qayıqlar və müvafiq geyim əşyalarından ibarət olan bu yardım Polşanın Jeşuv hava limanına, oradan isə Ukraynaya çatdırılacaq.

Humanitar yükü aparan xüsusi təyyarə Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskinin və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxildir.

Qeyd edək ki, Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar məqsədli digər yardımların da göndərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan tərəfindən Ukrayna xalqına bir neçə dəfə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət humanitar yardımlar göndərilib.






TAP-ın 90,5 faizi tamanlanıb TAP-ın 90,5 faizi tamanlanıb Gündəm / İqtisadiyyat Türkiyə növbəti dəfə dünyanı təəccübləndirməyə hazırlaşır - Yeni PUA gəlir... Türkiyə növbəti dəfə dünyanı təəccübləndirməyə hazırlaşır - Yeni PUA gəlir... Dünya Tarif Şurası bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib - TƏFƏRRÜAT Tarif Şurası bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib - TƏFƏRRÜAT İqtisadiyyat Ermənistan işğalı nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ də naməlumdur - Beynəlxalq İtkinlər Günü Ermənistan işğalı nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ də naməlumdur - Beynəlxalq İtkinlər Günü Gündəm İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim