19-06-2023, 19:05 Oxunub: 2119

Yalan və uydurmalarla özünümüdafiənin biabırçı həddi -Zakir Fərəcov yenə “SİYASİ QUŞ” BURAXIB

Sumqayıtın başçısı ondan pullarını tələb edən iş adamlarına deyir ki, guya, Laçındakı bərpa-tikinti, abadlıq işlərinin maliyyə təminatı ölkə rəhbərliyi tərəfindən ona tapşırılıb

Yenixeber.org: Elə, buna görədir ki, Prezident Administrasiyasından, əncam çəkilməsi üçün, üstünə geri göndərilən saysız-hesabsız vətəndaş şikayəti məktublarını “tualet kağızı” hesab edir

Vətənin üçüncü böyük şəhərinə rəhbərliyi uzun müddətdir əlindən buraxmayan Zakir Fərəcovun, Sumqayıtdakı yeni quruculuq və abadlaşdırma işlərində alqışalayiq zəhmətləri danılmaz yüzlərlə şirkət rəhbəri iş adamlarının, onların usta və fəhlələrinin… milyonlarla ölçülən halal zəhmət haqqlarını mənimsəməsi barədə, ölkə mediası ilə bərabər, araz.az xəbər portalı da, neçə vaxtdır ki, inkarolunmaz fakt və sübutlarla yazırlar dərc edirlər. Di gəl ki, bütün bunlar nə başçının, nə də ki, onun talançı komandasındakı Adil Xudadatov, Gündüz Əliyev… kimi qanunsuz əməl sahibi yüksək vəzifəli məmurların veclərinə deyil. Baxmayaraq ki, öz halal zəhmət haqqlarını ala bilməyən sahibkarlarla bərabər, onların işçiləri də, Prezident İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə dayanmadan yazırlar…

Bu yerdə, konkret onu demək istəyirik ki, Zakir Fərəcov çoxsaylı bu şikayətlərə cavab vermək əvəzinə, hər cür iyrənc üsullara əl atmaqla, müxtəlif bəhanələr və səbəblər gətirməklə, bu səs-küylü problemin həllindən yayınmağa çalışır. Əvvəlki yazılarımızda da xüsusi olaraq vurğuladığımız kimi, Fərəc kirvənin oğlu Zakir Fərəcova deyən yoxdur ki, axı, bu pulu cibindən vermirsən, onlara çatacaq halal pullar dövlətin büdcəsindən ayrılan maliyyə vəsaitləridir.

Son vaxtlar, Zakir Fərəcovun bu qəti tələblər qarşısında yalan, uydurma və bəhanələri tükəndiyindən, o, başqa iyrənc vasitələrə əl ataraq, şikayətçiləri başından eləmək üçün, necə deyərlər, öz “beyin “razmerindən” yekə” siyasi səhvlər buraxmaqdan belə qorxub-çəkinmir. Artıq, yalan və uydurma ilə özünümüdafiənin biabırçı həddində qərarlaşan Zakir Fərəcov, bu yaxınlarda daha bir “siyasi quş” buraxıb. Yəni, öncə qeyd etdiyimiz kimi, Sumqayıtın başçısı ondan pulunu tələb edən iş adamlarına onu deyib ki, guya, Laçındakı bərpa-tikinti işlərinin maliyyə təminatını ölkə rəhbərliyi ona tapşırıb. Elə, buna görədir ki, Prezident Administrasiyasından, əncam çəkilməsi üçün, üstünə geri göndərilən sumqayıtlıların saysız-hesabsız şikayət məktublarını “tualet kağızı” hesab edir. Bu barədə, ötən yazımızda da qeyd etdiyimiz kimi, Zakir Fərəcov sahibkarlara deyib ki, hara yazırlar yazsınlar, sonda, şikayət məktubları geri ona göndərilir: “Mən də, həmin müraciətləri tualet kağızı kimi istifadə edərək, zibil qabına atıram!”.

Halbuki, incitdiyi bu iş adamlarının və onların işçilərinin şikayətlərinə, bu ilin fevral ayında yuxarılardan ciddi reaksiya olanda, o, milyonlarla pullarını mənimsədiyi həmin şikayətçilərlə görüşərək, onlardan acizanə surətdə dönə-dönə xahiş edib ki, onu gözləyən təhlükədən xilas olması üçün, bir Zəmanət Məktubu hazırlasınlar. Guya, o, borclu olduğu milyonları artıq şikayətçilərə qaytarıb. Və bu zaman kişi kimi onu da vəd edib ki, tezliklə, borclu olduğu həmin pulların hamısını onlara çatdıracaq. Bu məsələdə ortada olan Gündüz Əliyevin çox yalvar-yaxarlı xahiş-minnətindən və başçının özünün kişi vədindən sonra, şikayətçilər razılaşaraq, belə bir Zəmanət Məktubu hazırlanmasına razılıq veriblər. Amma belə bir şərtlə ki, pulları onlara çatmayınca, bu məktubu heç bir əlaqədar dövlət qurumunda rəsmən təsdiq etdirməsinlər. Buna baxmayaraq, elə, bu şərtlə hazırlanan həmin Zəmanət Məktubu, indiyədək, Zakir Fərəcovun əlində özünümüdafiə üçün, iyrənc bir vasitəyə çevrilib. Guya, qeyri-rəsmi olsa da, bu Zəmanət Məktubunda yazılanlar doğrudur. Baxın, bu da, Zakir Fərəcovun özünün və onun talançı komandasındakı Gündüz Əliyevin insanlıq dəyərlərinə sığmayan və kişilik meyarlarına uyğun gəlməyən daha bir iyrənc xüsusiyyətləri. Bəyəm, kişi kimi verilən vədin sonu belə olmalıydı?!

Zakir Fərəcovun bu və digər biabırçı xüsusiyyətləri, bəd əməlləri, buraxdığı siyasi səhvlər onun müstəqil dövlətimizə, ölkə rəhbərliyinin yürütdüyü hərtərəfli uğurlu siyasətə münasibətinin daha bir xoşagəlməz göstəricisidir. Və bütün bunlar bir daha onu təsdiq edir ki, icra başçısı postunda onun törətdikləri bağışlanmazdır və buna görə, layiq olduğu cəzasını mütləq almalıdır — sadəcə, geci-tezi var!

Ümumiyyətlə, Zakir Fərəcovun bu məsul vəzifə başındakı belə əxlaqdan uzaq, milli tərbiyəmiz çərçivəsinə sığmayan biabırçı söz və əməlləri, birbaşa, milli tərbiyə, ədəb-ərkan ölçülərini ayaq altına atmaq deməkdir. Görün, dövlətdən və xalqdan oğurladığı hesabagəlməz milyonlar öz rahat vəzifə kreslosunda oturan bu adamın başını nə qədər qaçırıb ki, dövlətə və onun rəhbərliyinə belə şər-böhtan atmaqdan çəkinmir. Doğrudan da, sonuncu dəfə öz halal haqqlarını tələb edənlərə Zakir Fərəcovun deməsi ki, pulu haradan alıb onlara versin, guya, Prezident işğaldan azad olmuş Laçın rayonunun bərpasını və tikinti-quruculuq işlərini ona tapşırıb, büdcədən ayrılan pulların hamısını da ora xərcləyir, bu, necə deyərlər, “lap ağ olan” daha bir siyasi səhvdir! Görəsən, ondan soruşan yoxdur ki, o, kimdir, möhtərəm Prezident Laçının özünün və bu rayonun yaşayış məntəqələrinin bərpasını, quruculuq işlərini ona tapşırsın?!.

Yeri gəlmişkən, qeyd edək ki, bir-neçə gün öncə maaliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında dedi ki, ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasına dövlətimizin büdcəsindən 6.5 milyard pul ayırılıb. Elə, bu yerdə, bu suallar yaranıb: “Bəlkə, bu pulları sən vermisən, Zakir Fərəcov?! Sahibkarların və onların işçilərinin halal pullarını verməmək üçün, indi də, belə yalana, böhtana və uydurmaya əl atırsan?!”. Bu yerdə, məşhur “Yeddi oğul istərəm” filmindəki sözlər yada düşür: “Necə dəhşət, həyasız olurmuş, əə, bu məmur tayfası!”.

Biz, etika xatirinə, Zakir Fərəcovun sahibkarlara etikadan kənar sözlər və “Ora-bura yazıb, məni dövlət rəhbərinin gözündən salmayın!” deməsinin üzərində də, çox dayanmaq istəmirik. Bu yerdə, sadəcə, yaranan bu sualları və ona izah olan bu cümlələri ortaya qoymaq istəyirik: “Adama deyərlər ki, Zakir Fərəcov, sən kimsən ki, dövlət rəhbərinin gözündə dəyərin olsun?! Axı, sənin kimi icra başçılarını, dövlət başçısı öz sərəncamlarındakı bir qələmlə etdiyi imzasıyla kənara atır. Hazırda həbsxanalarda da, sənin kimi harın və soyğunçu yüksək səlahiyyət sahibi çox məmur cəzalarını çəkir — sən də, onlardan biri!..”.

Sonda, ötən yazımızda olduğu kimi, bir daha, sualsayağı bu müraciətləri ona ünvanlayırıq: “Fərəc kirvənin oğlu Zakir”, dön, bir keçmişinə bax, axı, sən, əvvəllər kim idin?! Nədən, Prezident Administrasiyasından üstünə göndərilən vətəndaş şikayəti məktublarını “tualet kağızı” hesab edirsən?!”. Bu suala cavab əvəzi, bunu tam əminliklə bir daha deyirik ki, səs-küy yaradan bu “tualet kağızı” məsələsi ətrafında getdikcə daha da qızışan söhbətlər sənə çox baha başa gələcək! Bir də, sənin kimliyini, nəçiliyini, “nə yuvanın quşu” və nəyə qadir olduğunu, bilmək üçün, ilk vəzifə kreslosuna oturmazdan əvvəlki keçmişinə nəzər salmaq kifayət edəcək. Yetər ki, əsl həqiqətləri ortaya çıxara bilmək mümkün olsun! Elə, kimliyin, nəçiliyin və nəyə qadir olduğun da, onda, tam təfsilatı ilə, hər kəslə bərabər, özünə də məlum olar. Axı, bunlar danılmazdır ki, o qədər savadsız olmusan ki, sənin tayların ali məktəbi bitirəndə, sənin özün güc-bəla ilə ali məktəbə daxil ola bilmisən, özü də hansısa yolla, bunu çoxları bilir. Bu da ona bir işarədir ki, sənin kimi məmurun mayası, ancaq və ancaq böhtan, yalan, saxtakarlıq və oğurluqdan yoğrulub. Bu xoşagəlməz və nifrət doğuran hallar da, tanınmış qələm sahibi şair və yazıçılarımızın sənin kimi yüksək səlahiyyət sahibi məmurlar haqqında dediklərinin, birbaşa, sənə aid olduğuna da, heç kəsdə şübhə yeri qoymaz.

Hələlik, bu yazımızı da, elə, burada nöqtələyirik. Məmur harınlığı və özbaşınalığının daha bir sübutu olan qeyd etdiyimiz ciddi məsələləri isə, araz.az xəbər portalı olaraq, diqqətdə saxlayırıq və bu barədə, daha bir geniş yazını, bu yaxınlarda dəyərli oxucularımızın diqqətinə çatdıracağıq. Və indi də, bir daha qeyd edirik ki, qarşı tərəfin bu məsələyə münasibətini belə dinləməyə hazırıq.(araz.az)

aia.az
İlham ƏSƏDOV,
Səməndər QURBANOV

"Tualet kağızı da məşhurdur" - Faiq Ağayevdən qəribə müqayisə "Tualet kağızı da məşhurdur" - Faiq Ağayevdən qəribə müqayisə Gündəm / Maraqlı MÜRACİƏT MÜRACİƏT Gündəm / Sosial / Köşə "Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO "Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO Gündəm / Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Gündəm / Siyasət