27-06-2023, 11:10 Oxunub: 2129

Priqojinin təyyarəsi Belarusda hərbi aerodroma enib


Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi iyunun 27-də Belarusun hərbi aerodromlarından birinə eniş edib.

Bu barədə “Belarus Gayun” monitorinq qrupu məlumat verib.

“Yevgeni Priqojinin biznes-jeti (RA-02795 qeydiyyat nömrəli) saat 07:40-da (Bakı vaxtı ilə 08:40 - red.) Minsk yaxınlığındakı "Maçulişi" hərbi aerodromuna eniş edib”, - deyə qeyd edilib.

Məlumata görə, 18 dəqiqə sonra Rusiyadan daha bir biznes-jet enib.

“RA-02878 dövlət nömrə nişanlı "BAe 125-800B" biznes-jeti Sankt-Peterburqdan havaya qalxıb və saat 07:58-də (Bakı vaxtı ilə 08:58 - red.) "Maçulişi" hərbi aerodromuna enib”, - deyə “Belarus Gayun” əlavə edib.

Qeyd edək ki, ötən gün Yevgeni Priqojinin Belarusda olduğuna dair xəbərlər yayılıb.

“BRIEF” “Telegram” kanalının məlumatına görə, Priqojin Minskdə “Green City” otelində görüntülənib. Otellə əlaqə saxlanılsa da, Priqojin haqqında hər hansı məlumat əldə etmək mümkün olmayıb.

“Qonaqlar haqqında məlumat məxfidir, o, burada olsa da, sizə belə bir məlumat verə bilməzdik”, - deyə oteldən bildirilib.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətindən də belə bir məlumata sahib olmadıqları deyilib.

Qeyd edək ki, Belarusda “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin yerləşəcəyi düşərgələr yaradılır.


Mənbə: UNİAN

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı Gündəm Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA Gündəm / Siyasət ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var Gündəm / Dünya Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim