28-06-2023, 10:51 Oxunub: 2190

Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb.

Bunu Oxu.Az-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olmuşdur.


Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilmişdir.



Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allahdan hərbçimizə şəfa arzulayırıq.

Fürsətdən istifadə edib, müqəddəs Qurban bayramı münasibətilə bütün millətimizi təbrik edir, Allahdan kəsdikləri qurbanların qəbul olunmasını diləyirik.

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar etdi Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar etdi Gündəm İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət Gəncə şəhəri üzrə İcra İdarəsinin Ədliyyə müşaviri Ələmdar İbrahimov: “27 sentyabrda hər bir azərbaycanlı Şəhidlərimizi ehtiramla yad edir və “Qarabağ Azərbaycandır!”- deyir Gəncə şəhəri üzrə İcra İdarəsinin Ədliyyə müşaviri Ələmdar İbrahimov: “27 sentyabrda hər bir azərbaycanlı Şəhidlərimizi ehtiramla yad edir və “Qarabağ Azərbaycandır!”- deyir Bölgə Tovuz döyüşlərindən 1 il ötür Tovuz döyüşlərindən 1 il ötür Gündəm Vətən müharibəsinin başlamasından 2 il ötür Vətən müharibəsinin başlamasından 2 il ötür Sosial
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim