28-06-2023, 11:11 Oxunub: 2206

ABŞ Priqojini maliyyələşdirən şirkətləri “qara siyahı”ya saldı


ABŞ “Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli olan və muzdluların qeyri-qanuni maliyyələşdirilməsi əməliyyatlarında ittiham edilən şirkətləri sanksiyalar siyahısına daxil edib.  

Bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.

Belə ki, ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri, Mərkəzi Afrika Respublikası, eləcə də “Vaqner” qrupu və onun lideri Yevgeni Priqojinlə əlaqələrdə ittiham etdiyi dörd Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Məlumata görə, şirkətlər Ukraynada, Afrikanın bəzi ölkələrində silahlı qüvvələri dəstəkləmək və genişləndirmək məqsədilə döyüşçüləri maliyyələşdirmək üçün qeyri-qanuni mədənçıxarma əməliyyatları ilə məşğul olub.

“Vaqner” qrupu öz qəddar əməliyyatlarını qismən Mərkəzi Afrika Respublikası, Mali kimi ölkələrdə təbii sərvətlərdən istifadə etməklə maliyyələşdirir”, - deyə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson açıqlamasında bildirib.

Yeni sanksiyalar siyahısına Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Midas Resources SARLU” və “Diamville SAU”, Dubayda “Industrial Resources General Trading” və Rusiyadakı “DM” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən “Vaqner” qruplaşması ilə əlaqələndirilən Rusiya vətəndaşı Andrey İvanova qarşı da sanksiyalar tətbiq olunub. Məlumata görə, o, “Vaqner” qrupunun silah sövdələşmələri, mədənçıxarma və digər fəaliyyətləri ilə bağlı Malidə yüksək vəzifəli məmurlarla sıx əməkdaşlıq edib.

Xatırladaq ki, “Vaqner” Liviyada, Suriyada, Mərkəzi Afrika Respublikasında, Malidə və digər ölkələrdə döyüşüb, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin ən qanlı döyüşlərində iştirak edib. Qrup 2014-cü ildə, Rusiyanın Ukraynaya məxsus Krımı ilhaq etməsindən və Donbasda müharibəyə başlamasından sonra yaradılıb.

Mənbə: “Reuters”

Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı Gündəm Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Gündəm / Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim