30-06-2023, 12:23 Oxunub: 2158

Azərbaycanlı yeniyetmə futbolçular Barselonada təlim keçəcəklər


ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marset” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalayıb.

Oxu.Az xəbər verir ki, sazişə əsasən, Bakıya gələn ispaniyalı məşqçilər ASTA tərəfindən fərqləndirilmiş 2008-2009-cu il təvəllüdlü 50 istedadlı futbolçu arasında seçim apararaq, təxminən 15-20-sini İspaniyaya aparacaqlar.

Azərbaycanlı yeniyetmələr 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marset” Futbol Akademiyasında təlim keçəcəklər.

Bundan başqa, 2024-cü və ya 2025-ci ildə Azərbaycanda növbəti seçimlərin aparılması planlaşdırılır. Həmin vaxt “Marset” Futbol Akademiyasının seleksiyaçıları 2010-2011-ci il təvəllüdlü yeniyetmələrə baxış keçirəcəklər. Həm ASTA, həm də “Marset” tərəfi bununla bağlı öhdəlik götürüblər.

“Marset” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi yeniyetmələri sınaqdan keçirəcəklər.

Qeyd edək ki, yeniyetmə idmançıların “Marset” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi azərbaycanlı iş adamı, xeyriyyəçi Adnan Əhmədzadənin təşkilatçılığı ilə baş tutub.


Daha çox şəkil burada: PhotoStock.az

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət MÜRACİƏT MÜRACİƏT Gündəm / Sosial / Köşə Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Niyə xorvat məşqçiləri seçirik? – Bizimkilər danışır Niyə xorvat məşqçiləri seçirik? – Bizimkilər danışır Gündəm / İdman Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim