4-07-2023, 10:49 Oxunub: 2120

Messinin “Azərxalça” imzalı ad günü hədiyyəsi


Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən işlər ən qədim dekorativ-tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqəti daha da artırıb.

Ölkəmizdə xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricində təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təsadüfi deyildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gözəlliyi ilə seçilən yun və ipək xalçalarına xalçasevərlər tərəfindən böyük tələbat var. Əsl əl işi, yerli istehsal, Şəki ipəyindən toxunulmasına başlanılmış ipək xalçalarımız mifik qüdrəti və qəlb ovsunlayan gücü ilə sərhədləri aşır.

“Azərxalça” ASC-də “Əjdahalı” kompozisiyasında icra olunmuş ipək xalçanın dünya şöhrətli argentinalı futbolçu Lionel Messinin evini bəzəməsi bənzərsizliyi ilə qəlblərə yol tapan Azərbaycan xalçalarının sərhəd tanımayan cazibəyə malik olduğunu bir daha göstərir.

Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan “Əjdahalı” xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində “əjdaha” evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv nümunələridir. Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, əjdaha təsvirli xalçaların əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar bölgüsündən ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha təsvirləri naxışlar vasitəsilə verilir. Əjdaha simvolu olan naxış və elementlər bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk “Əjdahalı” xalçalar Səfəvilər dövründə yaranıb.

Qeyd edək ki, azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça məhz “Azərxalça” ASC-nin istehsalı olan xalçadır.

Bizimlə əlaqə saxlayın

DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI Gündəm "Azərxalça" ASC-nin tender "ilməsi" - 110 min manat nəyə xərclənib? "Azərxalça" ASC-nin tender "ilməsi" - 110 min manat nəyə xərclənib? İqtisadiyyat Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Gündəm / Siyasət Oktyabrın 20-si Energetiklər Günüdür Oktyabrın 20-si Energetiklər Günüdür Gündəm / İqtisadiyyat İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim