8-07-2023, 13:23 Oxunub: 2180

TƏBİB Lənkəran Regional Perinatal Mərkəzində baş verən ana ölümü ilə bağlı araşdırma aparır - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Lənkəran Regional Perinatal Mərkəzində ötən gün baş verən ana ölümü barədə açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Aygün İlham qızı Qurbanzadə vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib:

“Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq, ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır”.

Qurumdan qeyd edilib ki, ilyarım ərzində mərkəzdə baş verən üç ana ölümü ilə bağlı şikayətlərə də münasibət bildiriləcək.

11:40

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Lənkəran Regional Perinatal Mərkəzindən şikayət var.

Oxu.Az-a yaxını orada vəfat edən şəxslər bildiriblər ki, ötən ilin yanvar ayından fəaliyyətə başlayan xəstəxanada artıq üç ana ölümü baş verib: 

“İyul ayının 7-də mərkəzdə ana ölümü baş verib. Ölən ana özü də ailənin tək övladı olub. Xəstəxananın fəaliyyət başladığı vaxtdan indiyə qədər olan qısa müddət ərzində müəssisədə artıq üçüncü ana ölümünün baş verib. Bu da müəssisədə işin təşkilində ciddi nöqsanların olmasını göstərir. Belə ki, 15.08.2022 tarixində Astara rayon, Rudəkənar kənd sakini, 1996-cı il təvəllüdlü Elmira Elşən qızı Əhədli, 08.04.2023 tarixində isə Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva qeysəriyyə əməliyyatından sonra dünyalarını dəyişiblər.

Həmin xəstələr, öz ayaqları ilə xəstəxanaya gəlib, amma əməliyyatdan sonra vəfat ediblər. Bütün bu əməliyyatlar Lənkəran  Perinatal Mərkəzinin şöbə müdiri, cərrah Quliyev Məsləhət tərəfindən aparılıb. Yəqin ki,  işlər belə getsə, bu müəssisədə hələ çox ana ölümləri ilə üzləşəcəyik”.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran Regional Perinatal Mərkəzində deyilən tarixlərdə həqiqətən də ana ölümləri qeydə alınıb, faktlarla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

"Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət "Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət Gündəm / Sosial 2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaq 2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaq Gündəm / Maraqlı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib Gündəm / Siyasət Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb Gündəm / Sosial Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız Gündəm / Hadisə
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…