11-07-2023, 11:43 Oxunub: 2145

Azərbaycanda ət bahalaşacaq - AÇIQLAMA

“Hazırda Azərbaycanda ət və ət məhsullarının qiymətində elə də ciddi bahalaşma yoxdur. Əsasən cavan quzu ətinin nisbi bahalaşması müşahidə olunur. Hazırda quzu ətinin kiloqramı 17-18 manata satılır ki, bu da mart ayında formalaşmış qiymətlərdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə, yaşlı heyvanların qiymətində bir qədər ucuzlaşma nəzərə çarpır:
Qurban bayramı günlərində də elə ciddi bahalaşmanın müşahidə edilmədiyini deyən ekspert, qiymət artımının əsasən mövsümlə bağlı olduğunu diqqətə çatdırıb: 

“Həmin mövsümdə ətin qiymətinin qalxması təbiidir. Ona görə ki, ət istehsalının maya dəyərində ciddi artımlar var. Bunun da kompensasiya edilməsi üçün ətin satış qiymətində artımın baş verməsi təbiidir. Digər tərəfdən isə ölkədə ət istehsalı getdikcə azalır və buna müvafiq olaraq təklif aşağı düşür ki, bu, bahalaşmanın baş verməsini labüd edir. Bununla belə, iyul-avqust aylarında qiymət artımının olacağına inanmıram və bunun əsasən sentyabr ayından sonra olacağını düşünürəm. Çünki, həmin dövrdə ətə tələbat artacaq”. 

Qiymətlərin müəyyən dövr ərzində qalxacağını deyən A.Nəsirli vurğulayıb ki, yanvar ayına qədər ətin bir kiloqramının qiyməti təxminən 20 manata qədər bahalaşacaq:

“Yanvardan sonra bahalaşma davam edəcək və ətin bir kiloqramının satış qiyməti 20 manatdan yuxarı olacaq. Bu da onunla bağlıdır ki, ölkədə ət istehsalı və örüş yerləri azalır, ot bahalaşır. Ot sahələrinin böyük hissəsi pambıq və taxıl istehsalçılarının istifadəsinə verilib. Bu da maldarlıq və ət istehsalı ilə məşğul olan fermerlərin sayının, eləcə də ət istehsalının həcminin azalmasına böyük təsir göstərir. İstehsalın həcminin azalması isə bahalaşmaya və ətin maya dəyərinin artmasına səbəb olur. Əgər ət istehsalı artsa, qiymətdə də ucuzlaşma baş verəcək”.

Ətin ƏDV-dən azad olunması satış qiymətlərinə necə təsir edəcək? Ətin ƏDV-dən azad olunması satış qiymətlərinə necə təsir edəcək? Gündəm / Sosial İlahiyyatçı-alim: “İslam adı gələndə “ərəbin dini” deyərək ağız büzürlər” İlahiyyatçı-alim: “İslam adı gələndə “ərəbin dini” deyərək ağız büzürlər” Gündəm / Sosial Tarif Şurası bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib - TƏFƏRRÜAT Tarif Şurası bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib - TƏFƏRRÜAT İqtisadiyyat "İşbazlar qiymət artımının yeni – daha “modern” bir formasını tapıblar" "İşbazlar qiymət artımının yeni – daha “modern” bir formasını tapıblar" Gündəm / İqtisadiyyat / Sosial Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim