17-07-2023, 10:57 Oxunub: 2621

Ata oğlunun toyundan sonra özünə niyə qəsd edib? - TƏFƏRRÜAT

Oğuzdakı müəmmalı intihar hadisəsi araşdırılır.  

Övladına toy edəndən bir neçə gün sonra intihar edən atanın bu addımı hansı səbəbdən atması hüquq-mühafizə orqanlarının diqqətindədir. Hadisədən ən çox acı təəssüf hissi keçirənlər isə kənd sakinləridir. 

Bizim.media xəbər verir ki, müəmmalı hadisə rayonun ucqar Böyük Söyüdlü kəndində qeydə alınıb. 

Belə ki, 51 yaşlı kənd sakini Ceyhun Məmmədkərimovun cansız bədəni ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki tövlədə asılı vəziyyətdə aşkar edilib.

Hadisə yeri hüquq-mühafizə orqanları tərəfindən analiz olunduqdan sonra meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Oğuz rayon şöbəsinə təhvil verilib. İlkin baxış zamanı meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Adlarının çəkilməsini istəməyən kənd sakinləri bildiriblər ki, mərhum bir neçə gün əvvəl oğluna toy edib.

Məclis yüksək səviyyədə təşkil edilib və Ceyhun da üzərinə düşən atalıq yükünü layiqincə yerinə yetirib. Ümumiyyətlə, Məmmədkərimovlar kənddə sakit və problemsiz ailələrdən biri kimi tanınır.

Elə Ceyhun Məmmədkərimovun da hamı ilə ünsiyyətli və zəhmətkeş insan kimi münasibətləri olub. Baş verən hadisə sakinlərin dərin təəssüfünə səbəb olub. Hazırda baş verən intihar hadisəsi Oğuz Rayon Prokurorluğunda araşdırılır.

Bizimlə əlaqə saxlayın

"Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva Gündəm / Mədəniyyət Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilib Siyasət Otuzuncu illərin “seks simvolu” - Ölümünə sarı saçları səbəb oldu Otuzuncu illərin “seks simvolu” - Ölümünə sarı saçları səbəb oldu Dünya MÜRACİƏT MÜRACİƏT Gündəm / Sosial / Köşə Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Bacısının keçmiş ərini öldürmək PLANI - Mağazadan çıxanda hücum etdi - TƏFƏRRÜAT Gündəm / Kriminal
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim