18-07-2023, 20:45 Oxunub: 2177

Azərbaycanda adı cinayətdə hallanan bələdiyyə sədri işinə davam edir? - YENİLƏNİB


Adına cinayət işi açılan Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayevanın hələdə iş fəaliyyətini davam etdirdiyi iddia olunub.

Məsələ ilə bağlı bələdiyyədən Baku TV-yə bildirilib ki, S.Atayeva səhər saatlarında işdə olub.

Qeyd edək ki, S.Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərin birində direktor müavini vəzifəsində çalışır.

Xatırladaq ki, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.

Daha ətraflı Baku TV-nin süjetində:

13:20

Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.

Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan  vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qaynına arxalanan bələdiyyə... Qaynına arxalanan bələdiyyə... Gündəm / Sosial Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? Gündəm İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - FOTOLAR /Yenilənib Gündəm / Siyasət Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi Gündəm / Sosial İlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTO İlham Əliyev NATO-nun Hərbi Komitəsi sədrini qəbul edib - YENİLƏNİB + FOTO Gündəm / Siyasət
XƏBƏR LENTİ
15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova