20-07-2023, 22:14 Oxunub: 2222

QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.


Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda Milli mətbuatın ana dilində nəşrə başlamasının 148 ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə QHT rəhbərləri, tanınmış media nümayəndələri, şəhid ailələri və iş adamları iştirak ediblər. 

Tədbirin məqsədi təməli "Əkinçi" qəzeti ilə qoyulan və bu gün də davam etdirilən milli mətbuatın keşiyində dayanan media nümayəndələri ilə görüşmək və onların bayramlarını qeyd etmək olub. 

Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı bildirib ki, 1875 ci il 22 iyulda görkəmli maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifələr açdı. "Əkinçi" qəzetində dövrün görkəmli alim və ziyalılarının şeirləri, məqalələri çap olunub, geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunub. 

Müstəqillik yolu ilə irəliləyən və hərtərəfli inkişafı edən Azərbaycanda söz və mətbuat azadlığınının təmin olunmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz buna görə də mətbuatın dostu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq hər zaman dəqiq, qərəzsiz, lazımı məlumatları və baş vermiş hadisələri ictimaiyyətə çatdıran, otuz illik yurd həsrətindən, döyüş meydanında igidlik göstərən oğulların hünərindən, şəhidlərdən, qazilərin döyüş yolundan, əldə olunan böyük qələbədən yazan peşəkar Jurnalistlərlə bərabər olmağı özümüzə borc bildik. 

Birlik sədri jurnalistlərə bu məsuliyyətli və şərəfli peşədə daha böyük uğurlar qazanmağı, azad, müstəqil və bütöv Azərbaycanın xoşbəxt gələcəyindən yazmağı arzulayıb. 

Tədbirin sonunda dəvət olunmuş bütün jurnalistlərə Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən tərəfindən təsis edilmiş "Fəxri Diplom" və hədiyyələr təqdim olunub.

Tədbir Star Hall restoranında keçirildi. Dəstəyə görə Azqgranata MMC və Ayan MMC nin rəhbərliklərinə xüsusi təşəkkür edirik.

 

Fərid Səfərov

Birliyin mətbuat katibi

 


Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşəbbüsü ilə Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin yüz İlliyinə həsr olunmuş təqdimat mərasimi keçirilib Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşəbbüsü ilə Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin yüz İlliyinə həsr olunmuş təqdimat mərasimi keçirilib Gündəm Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı Gündəm / Sosial "Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO "Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO Gündəm / Siyasət Moskvada Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş kitabın təqdimatı olub Moskvada Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş kitabın təqdimatı olub Gündəm / Mədəniyyət Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim