8-08-2023, 12:31 Oxunub: 2108

Əliyevin Qazax səfəri: Yeddi kəndlə bağlı hərbi-strateji ölçülər - ŞƏRH


Prezident İlham Əliyevin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olması Qazaxın yeddi kəndinin (Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Qızılhacılı) işğaldan azad edilməsi üçün hərbi planların tərtib edilə biləcəyindən xəbər verir.

Qazaxın Ermənistanla sərhəd bölgələrinin təhlükəsizliyinin təminində Dövlət Sərhəd Xidmətinin üzərinə məsuliyyətli vəzifə qoyulub.

Azərbaycanın yeddi kəndlə bağlı planlarını icra etməsi, bunu Ermənistanla danışıqlarda müzakirə vurğusuna çevirməsi İlham Əliyevin Qazaxa səfərinin hərbi-strateji əhəmiyyətini izah etməyə imkan verir.

Azərbaycan yeddi kəndinin özünün ümumi sərhəd təhlükəsizliyi sisteminə daxil edilməsi və həmin ərazilərdə ən müasir tələblərə uyğun təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini prioritet sayır.

Əgər yeddi kənd danışıqlar yolu ilə geri qaytarılmasa, DSX sərhəd təhlükəsizliyi siyasətinin effektiv həyata keçirilməsi üçün Silahlı Qüvvələrin digər komponentləri ilə koordinasiyalı şəkildə əməliyyat keçirib onları azad etməlidir.

Çünki sərhəd bölgəsindəki işğal faktının qalması, bunun gələcəkdəki təzahürləri Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü əleyhinə qəsdə çevrilə bilər.

Bunun qarşısını vaxtında almaq lazımdır – ya danışıqlar, ya da hərbi vasitələrlə.

Azərbaycanın yeddi kəndi üzrə həllini tapmamış məsələlər ölkənin milli maraqlarına qarşı təhdid olmaqla yanaşı, regional təsirlərə də malikdir. Regionda təhlükə risklərinin arealı isə Azərbaycanın maraq və yanaşmaları ilə ziddiyyət təşkil edir.

“Qazax” Əlahiddə Sərhəd Diviziyasında İlham Əliyevə silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobillərinin nümayiş etdirilməsi Ermənistana “yeddi kəndi, yeri gəlsə, hərb yolu ilə geri alacağıq” xəbərdarlığını etməkdir.

Azərbaycanın Qazaxın yeddi kəndini işğaldan azad etməsi üçün başladığı həmlələr İlham Əliyevin DSX qarşısında Ali Baş Komandan kimi tapşırıq və əmrlərini qiymətləndirməyə imkan verir.

Əliyev, böyük ehtimalla, Qazaxa səfəri zamanı DSX-nin ümumi qiymətləndirmələrə münasibətini öyrənib, mümkün əməliyyatlar üzrə yeni tapşırıqlar verib.

Ümumilikdə İlham Əliyevin Qazaxa səfəri:

- Azərbaycanın sərhəd təhlükəsizliyinə konseptual olaraq yenidən baxdığını göstərir, 

- DSX-nin Qazaxda yaratdığı effektiv sərhəd nəzarətinin yeddi kəndin hərb yolu ilə azad edilməsi planında Silahlı Qüvvələrin, digər güc strukturlarının rolu və koordinasiya mexanizmlərini təkmilləşdirəcəyini qeyd edir.

Aqşin Kərimov

Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Vətən müharibəsinin başlamasından 2 il ötür Vətən müharibəsinin başlamasından 2 il ötür Sosial Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri - ŞƏRH Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri - ŞƏRH Gündəm / Dünya Rusiyalı deputat: Taqanroqda Azərbaycan diviziyasının şərəfinə Xalq muzeyi açılacaq Rusiyalı deputat: Taqanroqda Azərbaycan diviziyasının şərəfinə Xalq muzeyi açılacaq Gündəm / Dünya