10-08-2023, 14:12 Oxunub: 2201

İstirahət yoxsa yemək içmək?

Elə ki, yay fəsli gəldi əksəriyyət azərbaycanlılar üçün istirahət mövsümü başladı demək. İl boyu tək istirahətini yayda görən məmləkətin insanlarının qəribə istirahət anlayışı var. Bəli, bəli. Qəribə. Necə yəni qəribə? İstirahət mədəniyyətini yeyib-içmək anlayışı ilə səhv salanlar ilə doludur ölkə. Bir də görürsən ki, bir qrup insan hazırlaşır istirahətə. Ailəvi də olar, ailəvi dostlarla da. Yığışıb dənizə gedirlər, əllərində üç iri zənbil yeyib - içməklə. İstirahət yerini dağa, meşəyə salanların isə zənbilinin sayını iki dəfə artıq düşün. Üstəgəl kabablıq qoç, quzu da yoldan, qonşudan hardansa alınmalıdır. Qoltuqlarda qarpız, kimsə də sürüyür somavarı. Əti, somavarı dənizə sürüyüb aparanlar da az deyil. Bir neçə saat keçir. Gəl mənzərəni təsvir elə. Yekəqarın dayılar, yekə bud xalalar zəbt edib bir masanı. Qarşısında üç kilo üzüm, pomidor, xiyar yarım qarpız və bir sürü soyuqqəlyanaltılar. Sağ tərəfdə tüstülənən somavar, sol tərəfdə də közərən kömür üstə çız-bız edən ətlər. Arxa fonda da dənizdə çimişən çoxlu insanlar. Somavar dəmə düşənə, ət də kabab olana qədər soyuqqəlyanaltılardan nuş edirlər, ardınca tox qarına dənizə baş vurub "sərinləyirlər". Elə ki, sudan bezdilər gəlirlər yeyib içməyi davam etməyə. Bir qoyunu həzm rabedən keçirib yenə baş vururlar dənizə. Ye ki, ye, çim ki, çim. Əcəb "istirahətdir". Tox qarına suya girmək təhlükəlidir xəbərdarlığı Azərbaycan üçün çoxdan əhəmiyyətini itirib. Tibbi baxımdan doğru sayılmır. Bu ölkənin istirahət mədəniyyəti yeyib - içmək, mədəni dadlı, ətli yeməklərlə doldurmaq anlamına gəlir. O qoyunu, quzunu, qril edilmiş toyuğu, dana ətini, qarpızı, qovunu və bir sürü yeyib içməyi evində yeyə bilməz? Yeyər, ancaq istirahət yeyib - içməksiz olar?
İstirahət ruhunu, mədəniyyətini, beynini fərqli məkan və tarixi yerlərdə istirahət etdirmək mədəniyyətidir. İnsanlar fərqli tarixi ərazilərdə, abidələrdə, şəhər və ölkələrdə olub da dincəlməlidirlər. Orda da yeyib içirlər, ancaq öz məkanında, öz əndazəsində. Daha istirahət adı ilə qarnını bir sürü naz- nemətlə doldurmaq üçün yox. Bu mədəniyyət deyil də mədə niyyətli istirahətdir. Həmin yeyib içməklərin sonu heç də yaxşı bitmir. Günün sonunda dəniz kənarında bir sürü tullantılar, yemək qalıqları, ocaq yerləri və çirkab "göz oxşayır", dənizə "sağ ol" deyir. Bəli, bəli "sağ ol".

Görəsən nə vaxtsa bu mədəniyyətsizlik öz həddini, əndazəsini tanıyacaq? Məncə xeyr, nə vaxta qədər ki, təfəkkür yoxdur, beyin əvəzinə mədə çalışacaqsa çətin. "Ye, iç, kef elə" , "yeyib içən oğlan pis olmaz", "istirahəti yeməksiz təsəvvür eləmirəm" kimi fikirlər var, çətin ki, istirahət mədəniyyəti öz təyinatını tapa bilsin.

Avqust da bitsəydi, dəniz də, dağ da, meşə də dincələrdi. Bəli, canlı təbiət insan əlindən bezib, onun dəxlsiz, acgöz, hədsiz yeyib içmək mədəniyyətindən.

Nə vaxtsa ölkəyə istirahət mədəniyyəti gəlsə, bəlkə onda təbiət insandan zövq alar. Axı mədə niyyətli insanların təbiətə nə qatqısı? Uzaq başı meşəsinə od salar, dənizinə tullantısını. MƏDƏNİYYƏT də bazar da satılmır ki, alıb təmin edəsən. Nəsə istirahətinizə fikir verin, yeyib içməyinizdən qalmasanız da, sonda töküb tulladıqlarınızı təmizləyin barı.

Günel Sabirqızı Azad tv saytının əməkdaşı.

Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva "Bu qabiliyyəti Allah bir mənə verib, bir də..." - Könül Xasıyeva Gündəm / Mədəniyyət “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim