11-08-2023, 17:19 Oxunub: 2242

Ombudsman Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Okamponun “ekspert rəyi”nə münasibət bildirib

“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun siyasi tapşırıqlar əsasında hazırladığı “ekspert rəyi”ndə yer almış fikirlər tamamilə əsassızdır və qərəzli xarakter daşıyır”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

O qeyd edib ki, müəmmalı və qaranlıq bir keçmişi ilə artıq özünə müvafiq bir imic yaratmış Okamponun Azərbaycan əleyhinə yazmış olduğu rəydə bilərəkdən istər hüquqi, istərsə də tarixi səhvlərə yol verilib.

“Azərbaycanın BMT tərəfindən tanınan əraziləri daxilində öz vətəndaşlarının, o cümlədən erməni millətindən olan vətəndaşlarının təhlükəsizliyini, hüquq və azadlıqlarını təmin etmək məqsədilə həyata keçirdiyi və legitimliyi beynəlxalq və regional təşkilatlar tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarı ilə tanınmış fəaliyyətin tamamilə təhrif olunmuş formada, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə təqdim olunması cənab Okamponun hansı dairələrdən tapşırıq aldığını bir daha bəyan etmiş oldu.

Hüququn aliliyi prinsipini yaddan çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroruna cəfəng və əsassız iddialarla guya Azərbaycanın Qarabağ iqtisadi zonasında genosid törədilmə ehtimalını irəli sürməkdənsə, yaxın keçmişimizdə məhz həmin bölgədə ermənilər tərəfindən törədilmiş Xocalı, Meşəli, Başlıbel və digər soyqırımı cinayətlərini araşdırmağı, həmin cinayətlərin törədilməsində iştirak edən şəxslərin qəbulunda olarkən müzakirə etdiyi məsələləri açıqlamağı məsləhət görərdik.

Təəssüflə qeyd etmək istərdik ki, son vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Okamponun timsalında bəzi “beynəlxalq ekspert”lərin hazırladıqları bəyanat və hesabatlarda Azərbaycana münasibətdə ikili standartlara yol verilməklə, həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasında əsas məqsəd etnik nifrət zəminində qarşıdurmanın yaranmasına səbəb olmaqla, regionda davamlı sülhün təmininə, Qarabağın erməniəsilli əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına maneə törətməkdir.

Bu səbəbdən beynəlxalq təşkilatların təmsilçilərinə, habelə müstəqil ekspertlərə müraciət edərək, hər hansı münaqişə ilə bağlı araşdırma apararkən məsələnin mahiyyətini dərindən öyrənməyə, mövcud faktları təhrif etməməyə, xalqlar arasında münasibətlərin süni şəkildə gərginləşməsinə rəvac verən addımlardan çəkinməyə, ədalətli sülhün və davamlı təhlükəsizliyin təmini naminə göstərilən səyləri dəstəkləməyə dəvət edirik”, - Ombudsman qeyd edib.

Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Gündəm Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim