Peşəkarlıq və şəxsi keyfiyyətlər
Humanizm və xeyirxahlıq, dövlətə və xalqa layiqli xidmət missiyası
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz fəaliyyəti ilə təkcə işlədiyi müəssisədə deyil, yaşadığı yerdə, dost-tanış və qohum-əqraba arasında da fəaliyyəti ilə olduqca qürurvericidir.
Düşünürəm ki, işə qəbul ediləcək insanların sahəvi bilik və bacarıqları ilə bərabər həm də şəxsi və əxlaqi keyfiyyətləri çox mühimdir. Bəzi hallarda insanın bu keyfiyyətləri sahəvi biliklərindən daha da üstün tutulur. Bu gün bəhs etdiyimiz insan bu cür keyfiyyətlərlə daha zəngindir. Bu da onu göstərir ki, şərəf, ləyaqət və vicdan hissi insanlara irsdən və kökdən gələndir.
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov işlədiyi müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, hadisələrə geniş baxışı ilə iş təcrübəsində yeni bir səhifəni açmış oldu. Bu da öz növbəsində idarəetmədə xarakter əsas səbəblərdən biridir. Cəsarət müəllimin fəaliyyəti geniş bir sahəni əhatə edir. Bildiyiniz kimi ictimaiyyətlə işləmək çox çətin olduğu kimi, həm də mürəkkəbdir. Baxmayaraq ki, işin ağırlığı və məsuliyyətliliyi çox olsa da, Cəsarət müəllim öhdəsindən professionallıqla gələ bilir. Buaradan belə qənaətə gəlmək olar ki, Cəsarət müəllimin həm savadı, həm ləyaqəti, həm də dövlətə sədaqəti başqa məmurlardan fərqləndirir. Bölgədə xüsusi ehtiyacı olan insanlara diqqət və qayğısı ilə özünün fərdi keyfiyyətləri ilə fərqlənir Cəsarət müəllim.
Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Cəsarət Qasımovdur.
Cəsarət müəllim yüksək insanlığı ilə seçilən bir insan və rəhbərdir!
Cəsarət müəllim iş fəaliyyətinə başladığı gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Regionda elə bir insan yoxdur ki, Cəsarət müəllimin diqqətindən kənarda qalsın. Yəni xeyirxahlıq, humanizm, səmimiyyət, insansevərlik, vətəndaş təəssübkeşliyi, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, hüquqların qorunması və təbliği və digər fəaliyyət istiqamətləri Cəsarət müəllimin həyat amalına çevrilib və zaman-zaman bu fəaliyyət daha geniş sahələri əhatə etməkdədir.
Cəsarət müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri notariat ofisinin çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün postlarda Cəsarət müəllimözünü doğruldub.
Bizdə hörmətli Cəsarət müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
İlhamə Məhərrəmqızı
Baş redaktor