17-10-2023, 12:50 Oxunub: 2637

Deputatdan təklif: 15 oktyabr Azərbaycan Günü elan edilsin


“Sabah Azərbaycan müstəqilliyinin bərpasının 33-cü ilinə qədəm qoyacaq. 33 il mühüm yaşdır və böyük gələcəyin başlanğıcıdır”.

“Trend”in məlumatına görə, bunu deputat Kamal Cəfərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, məşhur ABŞ sosioloqu Rendal Kollinsin irəli sürdüyü nəzəriyyəyə əsasən, dövlətlərin inkişaf tarixi 100 illiklərlə deyil, 33 illə müqayisə olunmalıdır.

“Çünki tarixi araşdırmalar göstərib ki, hər 33 ildən bir nəsillər, intellekt dəyişir, 33 yaşında olan dövlət də hazırlıqdan yaradıcılığa başlayır.

Bu elə yaşdır ki, gərək xalq olaraq başımıza gələn hadisələrlə, sınaqlarla və şəxslərlə bağlı obyektiv təhlil aparıb, düzgün nəticə çıxaraq.

Birinci obyektiv nəticə ondan ibarətdir ki, Azərbaycan 33 yaşına kimi natamam olub. Məhz 2023-cü il 15 oktyabr tarixində müzəffər sərkərdə İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi.

İkincisi, biz Cümhuriyyət qurucuları tərəfindən İrəvanın güzəştə gedildyini, AXC-Müsavat cütlüyü və ermənilərin xalqımızın başına gətirdiyi faciələri unutmamalıyıq. Tarixi hadisələrə düzgün ictimai-siyasi qiymət verməliyik, xalqımızı daim maarifləndirməliyik ki, gələcəyə də uğurla gedə bilək. Çünki bunun üçün nəhəng təməllərimiz var. Və bunu deməyə çox əsasımız var.

Fəxrlə deyə bilərik ki, azərbaycançılıq ideologiyası, Azərbaycanın əsl müstəqilliyi və Böyük Zəfərimizin siyasi, iqtisadi, hərbi və hüquqi təməlləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycanı və xalqımızı uca və əzəmət sahibi edən İlham Əliyev olub.

Xalq olaraq çıxarmalı olduğumuz ən mühüm nəticə ondan ibarətdir ki, Azərbaycanın rifahı həmişə Heydər Əliyev irsi ilə bağlı olub. Bu irs bizim bəxtimizdir, bu irs bizim milli sərvətimizdir. Bunu qorumaq isə əsl vətəndaşın öz canından artıqdır.

Prezident İlham Əliyev Xankəndidəki çıxışında qeyd etdi ki, Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, bu qələbə əbədi bizimlə olacaq. Bizdən sonra gələn nəsillər də bu Qələbə ilə əbədi fəxr edəcəklər.

Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki, 15 Oktyabr Azərbaycan Günü elan edilsin, bayram olsun.

Biz də hər il övladlarımızla 15 Oktyabr - Azərbaycan Gününü Xankəndidə, Xocalıda, Xocavənddə, Şuşada, Azərbaycanın hər bir diyarında bayram günü kimi qeyd edək”, - deyə deputat əlavə edib.

Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Gündəm / Sosial Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm Sabiq deputatdan yaşlı deputat və məmurlar haqqında SƏRT SÖZLƏR Sabiq deputatdan yaşlı deputat və məmurlar haqqında SƏRT SÖZLƏR Gündəm / Sosial Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Gündəm / Siyasət İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı Siyasət
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…