19-10-2023, 21:49 Oxunub: 2830

DİN-in Səbail Rayon Polis İdarəsi xidməti vəzifələrini əzmlə və yüksək səviyyədə yerinə yetirir















Redaksiyamıza Bakı şəhəri Səbail rayon sakinləri tərəfindən təşəkkür məktubu daxil olub. Məktibda deyilir: Bakı şəhəri Səbail Rayonu Polis İdarəsinin rəisi Hikmət Qasımov və polis əməkdaşlarına öz dərin minnətdarlığını bildirməklə yanaşı rayon ərazisində ictimai asayişin qorunması yüksək səviyyədə həyata keçirilməsini qeyd etmişlər.

Oktyabrın ayında Bakı şəhəri Səbail rayonunda Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən ictimai asayişi qorumaqla yanaşı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə tədbirlər görülüb. Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair icrası istiqamətində görülən işlər və qarşıda duran təxirəsalınmaz işlər həyata keçirilib. 

Səbail Rayon Polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. 

Səbail Rayon Polis əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücüləri də tənbeh edərək barələrində qanunmüvafiq tədbirlər həyata keçirmişlər. 

Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir, bu gün də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları uğurla davam etdirir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir. 

Respublikamızda, o cümlədəndə Səbail rayonu ərazisində ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışlar. Bu kimi işində əzm və peşəkarcasına çalışan polis orqanlarından biri də məhz Səbail Rayon Polis İdarəsinin əməkdaşlarıdı.

Biz də redaksiyamız adından Bakı şəhər Səbail Rayon Polis İdarəsinin rəisi və polis əməkdaşlarına yorulmaz şərəfli peşəsində uğur, qalibiyyət və zəfər diləyirik. Qarşıdan gələn hər bir gün üçün xoş və firavan keçməsini arzulayırıq.

 

Hörmətlə,

İlhamə Məhərrəmqızı

AJB-nin üzvü, Baş redaktor


 

 









Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib Gündəm / Sosial DİN-dən ƏMƏLİYYAT: 13 milyon manatlıq narkotik vasitə aşkarlanıb DİN-dən ƏMƏLİYYAT: 13 milyon manatlıq narkotik vasitə aşkarlanıb Gündəm / Kriminal Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür Gündəm FHN tərəfindən “Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya” mövzusunda keçirilən silsilə tədbirlər davam etdirilir. FHN tərəfindən “Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya” mövzusunda keçirilən silsilə tədbirlər davam etdirilir. Hadisə “Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb? - VİDEO “Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb? - VİDEO Hadisə
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…