İdman
ÇOX OXUNANLAR
9-10-2019, 11:55 Oxunub: 2400
Azərbaycanda elektron sürücülük vəsiqəsinə keçmək mümkündürmü? - AÇIQLAMA

Hazırda Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir. Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov bildirib ki, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb.
Elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq. Amma bu sistemin nə vaxtdan qüvvəyə minəcəyi açıqlanmayıb.
Moderator.az xəbər verir ki, Oxu.Az-a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, elektron sürücülük vəsiqəsinə keçilməsi həm iqtisadi cəhətdən, həm də digər aspektlərdən sərfəli olan dəyişiklikdir:
“Hazırda dünya bu sistemə doğru gedir. Bu məsələ ilə bağlı müəyyən müzakirələr də aparılır. Dünya üzrə hər şeyin, o cümlədən, sənədlərin elektronlaşdırılması prosesi gedir. Bununla da informasiyaları elektron daşıyıcıya yerləşdirməklə bağlı müəyyən narahatlığı aradan qaldırırlar.
Artıq bir ilə yaxındır ki, Rusiyada elektron sürücülük vəsiqəsinə keçilməsi müzakirə olunur. Hətta dünyanın bir sıra ölkələrində də bu istiqamətdə işlər gedir. Müsbət nəticələr olanda Azərbaycan da bu sistemə keçəcək. Amma hələlik bu məsələ ətrafında yalnız müzakirələr aparmaq, beynəlxalq təcrübənin müsbət nəticələrinə baxmaq lazımdır.
Elektron sənədə keçmək bizi əlavə olaraq sənədin üzərimizdə daşınmasından xilas edə, sənədin dəyişdirilməsi prosesi zamanı ödənilən məbləğin həcminin azaldılmasına gətirib çıxara bilər”.
Ekspert əlavə edib ki, ölkəmizdə elektron sürücülük vəsiqəsi tətbiqinə keçilməsi prosesi tez bir zamanda həyata keçirilə bilməz:
“Dünya bu prosesə doğru gedirsə, Azərbaycanda da bu sistemin tətbiq edilməsi mümkündür. Amma tez bir zamanda bu prosesin baş tutması gözlənilmir. Müəyyən müddətdən sonra bunun ətrafında geniş müzakirələr aparılmalı, aidiyyəti strukturlar buna rəy verməli, peşəkar qurumlar öz tövsiyələrini bildirməlidir. Ondan sonra çox rahat şəkildə insanlar elektron sürücülük vəsiqəsinə keçə bilər”.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







