İdman
ÇOX OXUNANLAR
9-10-2019, 12:37 Oxunub: 2362
5-ci mərtəbədən atılan 20 yaşlı oğlanın son naləsi - "Qaçın, gəlirlər..."

Hazırda onun komada olduğu deyilir
Xəbər verildiyi kimi, dünən Nəsimi rayonunun 5-ci mikrorayon ərazisində bədbəxt hadisə baş verib. Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.
AzNews.az-a həmin hadisənin təfərrüatı məlum olub.
Bina sakinlərinin sayta verdiyi məlumata görə, o, atıldığı deyilən binaya qışqıraraq girib:
"Günün ikinci yarısında bir nəfər qaçaraq binanın bloklarından birinə girib. O, qaçarkən "qaçın, gəlirlər" deyə qışqırırmış. Həmin oğlan bloka girərək sürətlə binanın yuxarı mərtəbələrinə doğru qaçıb. Və bir azdan binanın 5-ci mərtəbəsində pilləkənin başında olan pəncərənin şüşələrinin sınıq səsləri ətrafı bürüyüb. Elə bu anda o, şüşələrlə birlikdə pəncərədən yerə atılıb, ancaq blokun başındakı dəmir parçasına ilişsə də sonradan yerə düşüb. Təcili Tibbi Yardım hadisə yerinə gələndə o, sağ olub. Həkimlər müayinə zamanı ona müştərək travma, qapalı kəllə-beyin travması, sağ saidin və çanağın sınığı diaqnozunu qoyub. Hazırda onun komada olduğu deyilir".
AzNews.az hadisə yerində çəkilən fotoları sizə təqdim edir:
5-ci mərtəbədən atılan 20 yaşlı oğlanın son naləsi - "Qaçın, gəlirlər..."5-ci mərtəbədən atılan 20 yaşlı oğlanın son naləsi - "Qaçın, gəlirlər..."
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







