2-01-2026, 14:24 Oxunub: 2159

Abşeronun Məmmədli kəndində qanunsuz tikinti iddiaları: qurumlar susur


Heqiqixeber.az-a istinadən xəbər veririk ki, Abşeron rayonu Məmmədli kəndində qanunsuz tikinti faktları ilə bağlı ciddi iddialar irəli sürülür. Yerli sakinlərin və əldə olunan məlumatların bildirdiyinə görə, kənd ərazisində, xüsusilə də “Tovuz qəbiristanlığı”nın yaxınlığında icazəsiz evlər tikilir və bu evlər kredit adı altında vətəndaşlara satılır. Məsələ cəmiyyətdə narahatlıq doğurmaqla yanaşı, dövlət qurumlarının nəzarət mexanizmlərinin effektivliyi sual altına alır.

İddialara əsasən, bəzi maklerlər Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşaraq qanunsuz tikintiləri maneəsiz şəkildə həyata keçirirlər. Tikilən evlərin sənədlərinin olmadığı, torpaq təyinatının yaşayış üçün nəzərdə tutulmadığı və təhlükəsizlik normalarına əməl edilmədiyi bildirilir. Bu isə gələcəkdə həm hüquqi, həm də texniki baxımdan ciddi problemlərə yol aça bilər.

Məlumata görə, Abşeron rayonu Məmmədli kəndində qanunsuz tikilən evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məlumat bazasında heç bir qeyd mövcud deyil. Bu fakt tikintilərin rəsmi nəzarətdən kənar aparıldığını göstərir və təhlükəsizlik baxımından risk yaradır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, eləcə də FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən hər hansı rəsmi açıqlama almaq mümkün olmayıb. Qurumların susqunluğu isə ictimai narazılığı daha da artırır.

Qeyd edək ki, 2022-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Məlumat üçün bildirək ki, Abşeron rayonunda bu tip qanunsuz tikinti halları ilk dəfə deyil qeydə alınır. İctimaiyyət isə aidiyyəti qurumlardan şəffaf araşdırma və qanunauyğun tədbirlər gözləyir.

Mövzuda adıçəkilənlərin mövqeyini tanıyırıq.

 


 


PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB PREZİDENTƏ AÇIQ MƏKTUB - YENİLƏNİB Gündəm / Sosial XİN: “Ermənistan BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir” XİN: “Ermənistan BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir” Gündəm Kamaləddin Qafarov: “Vaksinasiyanın effektivliyi əhalinin maksimum peyvənd olunması ilə mümkündür” Kamaləddin Qafarov: “Vaksinasiyanın effektivliyi əhalinin maksimum peyvənd olunması ilə mümkündür” Gündəm Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? Vüqar Muradov 10 milyonluq odun yanacağının satınalmasına kimin əmri ilə imza atıb? Gündəm Zakir Fərəcov borc bataqlığında: Gündüz Əliyevin imzası olan sənədlərdə 50 milyondan söhbət gedir — YENİLƏNİB Zakir Fərəcov borc bataqlığında: Gündüz Əliyevin imzası olan sənədlərdə 50 milyondan söhbət gedir — YENİLƏNİB Gündəm
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov