21-01-2026, 14:47 Oxunub: 2177

“P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb? – Şirkət vətəndaşların borcunu ödəmir

Şirkətin Beyləqan filialından bildirilib ki, rəhbərliklə əlaqə yarada bilmirik…

Beyləqan rayonunda pambıq əkini ilə məşğul olan vətəndaşların pulunu “P-Aqro” MMC şirkəti ödəmir. Belə ki, yığdıqları məhsulu “P-Aqro” MMC -nin Beyləqan filialına təhvil verən sahibkarlar, 3 aydan çoxdur ki, şirkətdən borclarını ala bilmirlər.

Müqavilə şərtlərinə görə məhsulu yığıb təhvil verdikdən sonra, onun pulu 5-10 gün müddətində ödənilməsi nəzərdə tutulsada “P-Aqro” MMC 100 gündən çoxdur ki, vətəndaşlara olan borcunu ödəmək istəmir.

Borcunu ala blməyən sahibkarların bildirdiyinə görə, məsələ ilə bağlı dəfələrlə “P-Aqro” MMC-nin Beyləqan filialına müraciət etməmizə baxmayaraq, müsbət cavab almayıblar.
“P-Aqro” MMC-nin Beyləqan filialından sahibkarlara bildirilib ki, borcların ödənilməsi üçün şirkət rəhbəri Azər Əlizadə ilə əlaqə yaratmağa çalışsaqda əlaqə qura bilməmişik. Filial yetkililəri Azər Əlizadənin ölkədən getməsi ilə bağlı söz-söhbətlərin yayıldığını bildiriblər.
Qeyd edək ki, “P-Aqro” MMC Azərbaycanda pambıqçılıq sahəsində fəaliyyət göstərən ciddi şirkətlərdən biri kimi tanınır. Şirkətin Salyan, Ağdam, Ağsu, Zərdab, Bərdə, Füzuli, Hacıqabul, Sabirabad, Saatlı, Ağcabədi, Biləsuvar, Ucar, Kürdəmir, Beyləqan, Yevlax, İmişli və Neftçala rayonlarında filialları fəaliyyət göstərir.
Məsələ ilə bağlı “P-Aqro” MMC şirkəti ilə əlaqə yarada bilmədik. Şirkətin elektron poçtunda qeyd edilən telefon nömrələri işləmir.

AzFakt.com

Zakir Fərəcovdan qanunlara və dövlətə sayğısızlıq Zakir Fərəcovdan qanunlara və dövlətə sayğısızlıq Gündəm Zakir Fərəcov sahibkarları boğaza yığıb… – GİLEY Zakir Fərəcov sahibkarları boğaza yığıb… – GİLEY Gündəm Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gələcək əndişəsi: yalnız dünyanı düşünüb axirətini unutmaq bədbəxtlikdir... Gündəm İpək Yolu MMC-nin əlmakını talayan mühasib kimdir? İDDİA İpək Yolu MMC-nin əlmakını talayan mühasib kimdir? İDDİA Gündəm / Sosial Sahibkarlar Zakir Fərəcovdan Kamran Əliyevə MÜRACİƏT ETDİLƏR Sahibkarlar Zakir Fərəcovdan Kamran Əliyevə MÜRACİƏT ETDİLƏR Gündəm / Sosial
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov