4-02-2026, 11:50 Oxunub: 277

BDU-nun professoru vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.
Bu barədə Universitetin Mətbuat xidmətindən məlumat verilib.

Rasim Məmmədov 1 iyun 1950-ci ildə anadan olub. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsinə daxil olub, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildən BDU-nun Fizika fakültəsində elmi və pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə Fizika fakültəsi nəzdində “Radiofizika” ixtisası üzrə aspiranturaya daxil olub. 1984-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 2009-cu ildə professor elmi adı alıb. 1979-cu ildən Optika və molekulyar fizika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1999-2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005-2012-ci illərdə dekan vəzifələrində işləyib. 2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışıb.

Professor Rasim Məmmədovun elmi fəaliyyəti yarımkeçirici cihazlar fizikası və texnikası ilə əlaqədar olub. İlk dəfə olaraq real metal-yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsinin yaranması hadisəsini aşkar edib. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən artıq elmi əsərin, o cümlədən, 1 monoqrafiya, 4 dərs vəsaiti, 5 ixtira və 50 elmi-publisistik məqalənin müəllifidir. 2 fizika üzrə fəlsəfə doktorantının və 20 magistrantın elmi rəhbəri olub. Rasim Məmmədov 1999-cu ildə “Tərəqqi”, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Mehriban Əliyevanın doğum günüdür Mehriban Əliyevanın doğum günüdür Gündəm Prezident və xanımı Vasim Məmmədəliyevin ölümü ilə bağlı nekroloq imzaladı Prezident və xanımı Vasim Məmmədəliyevin ölümü ilə bağlı nekroloq imzaladı Gündəm / Siyasət Universitetlərin kafedra müdiri olan məmur və deputatlar - SİYAHI Universitetlərin kafedra müdiri olan məmur və deputatlar - SİYAHI Gündəm / Sosial MÜRACİƏT MÜRACİƏT Gündəm / Sosial / Köşə BDU-nun müəllimi vəfat etdi - FOTO BDU-nun müəllimi vəfat etdi - FOTO Sosial
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov